Modern.az

İtaliya millisinin baş məşqçisi oldu

İtaliya millisinin baş məşqçisi oldu

İdman

24 İyul 2026, 23:42

İtaliya milli futbol komandasının yeni baş məşqçisinin Andrea Pirlo olacağı məlum olub.

Modern.az xarici mediaya istinadən məlumatına görə, Pirlo İtaliya Futbol Federasiyasının (FIGC) şifahi təklifini qəbul edib.

Hazırda o, Birləşmiş Ərəb Əmirliklərinin "United" klubunu çalışdırır.

Bildirilib ki, yaxın vaxtlarda Andrea Pirlonun FIGC ilə uzunmüddətli müqavilə imzalaması gözlənilir.

Qeyd edək ki, daha əvvəl İspaniyalı mütəxəssis Xosep Qvardiola İtaliya millisini çalışdırmaq təklifindən imtina etmişdi. O, qarşıdakı iş yükünün çoxluğunu əsas gətirərək, uzun illər gərgin fəaliyyət göstərdikdən sonra ailəsinə və istirahətə daha çox vaxt ayırmaq istədiyini bildirmişdi.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna DARMADAĞIN EDİR - Rusiyaya ağır zərbələr endirilir