Paytaxtın Yasamal rayonu, Kənar Dairəvi yolda otluq ərazidə baş verən yanğın səbəbindən “Biləcəri" dairəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə tətbiq edilən məhdudiyyət aradan qaldırılıb.
Modern.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
***
21:52
Paytaxtın Yasamal rayonu, Kənar Dairəvi yolda otluq ərazidə yanğın baş verib.
Modern.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
Bildirilib ki, sürücülərin təhlükəsizliyini təmin etmək məqsədilə yol polisi tərəfindən “Biləcəri" dairəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq olunub.