Modern.az

Dövlətə vurulan ziyanın 27 milyon manatı geri qaytarıldı

Dövlətə vurulan ziyanın 27 milyon manatı geri qaytarıldı

Ölkə

24 İyul 2026, 17:20

Bu ilin 6 ayında prokurorluq orqanlarında ibtidai istintaqı aparılaraq yekunlaşmış cinayət işləri və tamamlanmış araşdırma materialları üzrə müəyyən edilmiş maddi ziyandan istintaq tədbirləri ilə 27 milyon 152 min manatın ödənilməsi təmin edilib.

Modern.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun 2026-cı ilin birinci yarısında görülmüş işlərin yekunlarına dair Kollegiya iclasında bildirilib.

Qeyd edilib ki, 3 milyon 485 min manat məbləğində əmlak üzərinə isə həbs qoyulub və müəyyən edilən ziyanın tam ödənilməsi üçün hazırda tədbirlər davam etdirilir.

Sizə yeni x var
Keçid et
Putin onlara RƏHM ETMƏYƏCƏK! - Kreml lideri qəti qərar verdi