Modern.az

Şəmkirdə bıçaqlanan qız xəstəxanada öldü

Şəmkirdə bıçaqlanan qız xəstəxanada öldü

Hadisə

24 İyul 2026, 22:01

Şəmkirdə bıçaq xəsarəti alan yeniyetmə qız xəstəxanada ölüb.

Modern.az-ın məlumatına görə, rayonun Mahmudlu kənd sakini 2014-cü il təvəllüdlü Ə. Namazova ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Göstərilən tibbi yardımlara baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

İlkin məlumata görə qızın valideynləri onun bu gün itkin düşməsi ilə bağlı polisə müraciət ediblər.

Lakin bundan bir qədər sonra yeniyetmə öz həyətyanı sahələrindən yaralanmış şəkildə tapılıb.

Hazırda hadisənin baş vermə səbəbləri polis əməkdaşları tərəfindən araşdırılır.

(APA)

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Zelenskiyə ŞOK HÜCUM! - Öldürmək istədilər - Son anda...