Modern.az

ABŞ "Taliban"ın edam cəzasını bərpa etmək planını pislədi

ABŞ

Dünya

25 Sentyabr 2021, 00:16

"ABŞ “Taliban”ın Əfqanıstanda cinayət əməllərinə görə edam və bədənə xəsarət yetirmək kimi cəza növlərini bərpa etməklə bağlı planlarını qəti şəkildə pisləyir".

 

Modern.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Prays deyib.

 

O qeyd edib ki, “Taliban”ın bəyan etdiyi bu cür hərəkətlər insan haqlarının kobud şəkildə pozulması deməkdir və bu cür pozuntulara yol verənlər məsuliyyətə cəlb ediləcək.

 

Qeyd edək ki, “Associated Press” agentliyi “Taliban”ın nüfuzlu nümayəndələrindən biri Molla Nuruddin Turabiyə istinadən xəbər verib ki, hərəkatın nümayəndələri Əfqanıstanda oğurluq cinayətinə görə əzaların kəsilməsi təcrübəsinə riayət etmək niyyətindədirlər.

Twitter
Sizə yeni tvit var
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər