Modern.az

Hacıqabulda Şəhid Şəhriyar Ağamalıyev və Pərviz Balabəyov anılıb

Hacıqabulda Şəhid Şəhriyar Ağamalıyev və Pərviz Balabəyov anılıb

Aktual

28 Sentyabr 2021, 15:59

 

Azərbaycanın ərazi bütövlüyü uğurunda gedən Vətən müharibəsində döyüşlərdə qəhrəmancasına şəhid olan Hacıqabul şəhər sakinləri Pərviz Balabəyov Tofiq oğlunun vəfatının ildönümü və Ağamalıyev Şəhriyar Əvəz oğlunun doğum günü 28.09.2021-ci il tarixdə şəhidlər xiyabanında məzarları yanında anılıb.

 

Modern.az xəbər verir ki, anım mərasimində rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhidlərin yaxınları və bir qrup şəhər sakinləri mövcud pandemiya qaydaları gözlənilməklə şəhidlərin məzarlarını ziyarət ediblər.

 

Mərasim iştirakçıları rayon Şəhidlər xiyabanını ziyarət edərək şəhidlərin məzarları önünə gül dəstələri qoyublar.

 

Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə təşkil olunan mərasimdə idarə və təşkilat rəhbərləri də iştirak edərək şəhidlərin ailə üzvlərinə başsağlığı veriblər.

 

Torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən I və II Qarabağ müharibəsində şəhid olanların məzarları ziyarət olunub, ruhlarına Qurandan ayələr oxunub, dualar edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu