Modern.az

Cahangir Əsgərov həm də kafedra müdiriymiş...

Cahangir Əsgərov həm də kafedra müdiriymiş...

Təhsil

9 Oktyabr 2021, 11:31

Adı tez-tez medianın gündəmində olan “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) sədri Cahangir Əsgərovun ali təhsil ocağında dərs dediyini yəqin ki çoxları bilmir.

Modern.az saytının məlumatına görə, AZAL-ın rəhbəri həm də Milli Aviasiya Akademiyasında çalışırmış.

Belə ki, o, hazırda Akademiyanın Avianəqliyyat istehsalatı kafedrasının müdiri vəzifəsini tutur.

Kafedra müdiri vəzifəsində çalışan Cahangir Əsgərov texnika elmləri namizədi olaraq Milli Aviasiya Akademiyasının dosentidir.


Qeyd edək ki, Cahangir Əsgərov 1996-cı ildən "Azərbaycan Hava Yolları" QSC-prezidentidir. 25 ildir AZAL aviaşirkətinə rəhbərlik edən C.Əsgərov bu posta gəlməzdən öncə aviadəstə kapitanı, eskadrilya komandirinin müavini, eskadrilya komandiri, 1993-cü ildən AZAL-ın Türkiyədə baş nümayəndəsi vəzifələrində işləyib.


A.Qorxmaz

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır