Modern.az

Yoluxma artdı: 12 nəfər öldü

Yoluxma artdı: 12 nəfər öldü

16 Oktyabr 2021, 16:38

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1681 yeni yoluxma faktı qeydə alınıb, 675 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 12 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 500 311 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 477 639 nəfər müalicə olunaraq sağalıb, 6 746 nəfər vəfat edib, aktiv xəstə sayı 15 926 nəfərdir.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 168, ötən müddət ərzində isə ümumilikdə 5 014 141 test aparılıb.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi