Modern.az

“QS Dayanıqlılıq Reytinqi 2027”: UNEC liderdir

“QS Dayanıqlılıq Reytinqi 2027”: UNEC liderdir

Təhsil

Bu gün, 17:04

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) beynəlxalq reytinqlərdə növbəti dəfə böyük uğura imza atıb. “QS Dayanıqlılıq Reytinqi 2027”də (QS Sustainability Rankings 2027) UNEC ötən illə müqayisədə 144 pillə irəliləyərək 726-cı yerdən 582-ci yerə yüksəlib. Bu nəticə ilə UNEC Azərbaycanda birincidir.

UNEC-dən Modern.az-a bildirilib ki, dünya üzrə 2004 ali təhsil müəssisəsi arasında universitet 582-ci, Asiya üzrə 850 universitet arasında 150-ci, Qərbi Asiyada isə 193 universitet arasında 31-ci yerə yüksəlib.

Dayanıqlı inkişafın hər üç əsas istiqaməti – idarəetmə, ətraf mühitə təsir və sosial təsir üzrə UNEC-in Azərbaycanda birinci olması bu uğuru xüsusilə fərqləndirir.

Məşğulluq və karyera imkanları üzrə 84,2 bal toplanması, ətraf mühit istiqamətində isə nəticənin 57,3 baldan 81 bala yüksəlməsi UNEC-in əmək bazarı ilə əlaqələrinin və ekoloji məsuliyyətinin gücləndiyini göstərir.

QS Dünya Universitetlərinin Davamlı İnkişaf Reytinqi universitetlərin ekoloji dayanıqlılıq, bərabərlik, sağlamlıq və rifah, təhsilin təsiri, elmi tədqiqatlar və korporativ idarəetmə kimi istiqamətlər üzrə fəaliyyətini 50-dən çox göstərici əsasında qiymətləndirir. Reytinqin əsas məqsədi universitetlərin Dayanıqlı İnkişaf Məqsədlərinə verdiyi töhfəni və cəmiyyətə göstərdiyi müsbət təsiri müəyyən etməkdir.

1563399

 

Whatsapp
Bizə yazın!
Keçid et
Son dəqiqə! İranda yenə ara qarışdı - Silahlılar hərəkətə keçdi