Yaponiyanın TBS telekanalının reytinqli “VIVANT” serialının ikinci mövsümünün çəkilişləri Azərbaycanda aparılıb.
Modern.az xəbər verir ki, Beynəlxalq layihənin çəkilişlərində 26 azərbaycanlı aktyor iştirak edərək müxtəlif obrazları canlandırıb.
Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) nəzdində fəaliyyət göstərən Azərbaycan Film Komissiyası və "Baku Media Center"in əməkdaşlığı çərçivəsində reallaşan layihə ölkəmizin beynəlxalq kino istehsalı potensialını bir daha nümayiş etdirib.
Bu cür irimiqyaslı layihələrin Azərbaycanda gerçəkləşdirilməsi yerli kino sənayesinin inkişafına, yaradıcı kadrların beynəlxalq təcrübə qazanmasına və ölkəmizin regional kino mərkəzi kimi tanıdılmasına mühüm töhfə verir.




