Arxiv
19 Oktyabr 2021, 13:00 | AKTUAL
İİV xəstələrinin 70 faizi KİŞİLƏRDİR

“Ölkəmizdə QİÇS ilk dəfə 1987-ci ildə qeydə alınıb. Həmin vaxtdan 2021-ci ilədək Respublika QİÇS-lə Mübarizə Mərkəzinə rəsmi olaraq 7552 İİV-infeksiyası ilə yaşayan xəstə qeydiyyata alınıb, onlardan təxminən 70 faizi kişilər təşkil edir”.

 

Modern.az xəbər verir ki, bunu Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov bildirib.

 

F.Məmmədov qeyd edib ki, İİV-infeksiyası - İnsanın immunçatışmazlığı virusu (İİV) tərəfindən törədilən immun sisteminin artan zədələnməsi ilə müşaiət olunan xronik infeksion xəstəlikdir:

 

“QİÇS (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) - İİV virusunun insanın immun sistemini zədələməsi nəticəsində opportunistik (fürsətçi) infeksiyalar yaxud onkoloji xəstəliklər şəklində ağır klinik əlamətlərlə təzahür olunan xəstəliyin 4-cü və ya sonuncu klinik mərhələsidir. Bu mərhələdə xəstələrdə immun (CD4) hüceyrələrinin miqdarı o səviyyəyə qədər azalır ki, hətta zəif patogen infeksiyalar da xəstənin həyatı üçün təhlükə yaradır.

İİV-infeksiyasına yoluxmanın üç yolu mövcuddur:

- Cinsi yolla

- Hemotransmissiv yolu ilə (qan vasitəsilə)

Buraya İİV-ə yoluxmuş insanın qanının digərinə köçürülməsi, öncə İİV-li xəstədə tətbiq olunmuş və dezinfeksiya edilməmiş tibbi və məişət alətlərinin (şpris, iynə, ülgüc, stomatoloji, cərrahi, manikür, tatuaj, pirsinq alətləri və s.) təkrar istifadəsi nəticəsində.

- Anadan uşağa (şaquli) ötürülmə nəticəsində: hamiləlik zamanı, doğuş vaxtı və körpənin döşlə qidalandırılması müddətində”.

 

“İİV-infeksiyasına yoluxma əlamətləri ilk mərhələdə adi soyuqlama, qısa müddətli zökəm, bədən temperaturunun bir neçə gün subfebril olması ilə təzahür olunur və tamamilə keçir.

İlkin klinik əlamətlərə limfa düyünlərinin böyüməsini (limfadenopatiya) spesifik simptom kimi aid etmək olar. Düyünlər ağrısız, elastik, hərəkətli və üzərində dəri örtüyü dəyişməmiş qalır. Qeyd edilən simptom yoluxmaya şübhə yaradaraq laborator müayinəyə əsas verir.

Azərbaycan Respublikasının qanunvericilik aktları üzrə İİV-infeksiyasının diaqnozu klinik, laborator və epidemioloji məlumatlar əsasında Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Ekspert Şurasının qərarı ilə qəbul edilir və təsdiqlənir.

İİV-ə yoluxması təsdiq olunan insanlar Respublika QİÇS-lə Mübarizə Mərkəzinə müraciət etməlidirlər, onlar burada qeydiyyata alınır və həmin vaxtdan etiotrop antiretrovirus terapiyasına qoşulur”. 

 

“İİV infeksiyasına yoluxan şəxslər bütün həyatları boyu daimi tibbi yardıma ehtiyacları var. İİV/QİÇS zamanı müalicə və yardımın əsas komponentini antiretrovirus terapiyası (ART) təşkil edir. Bu zaman xəstələrin müalicəyə sadiqlik göstərməsi çox vacibdir. Düzgün seçilmiş ART İİV-ə yoluxan şəxslərin həyat keyfiyyətini və müddətini artırır, opportunist infeksiyaların qarşısının alınması üçün immunitetin kəmiyyət və keyfiyyətcə bərpasına dəstək olur. Aparılan müalicə virus yükünü maksimal dərəcədə aşağı salaraq infeksiyanın digər insanlara ötürülmə riskini azaldır və xəstəliyin proqressivləşməsini maksimum uzun müddətə ləngidilir. İİV-li xəstələrin müayinə və müalicəsi bütün mərhələlərdə pulsuz və könüllüdür”,- deyə həkim bildirib.

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
II Yekaterinanın portreti 1.2 miltona satıldı - FOTOLAR 3 Dekabr 2021, 00:52 Dünya Bankından Əfqanıstana 280 milyon dollar 3 Dekabr 2021, 00:43 "Azərbaycan Əfqanıstandakı vəziyyəti yaxından izləyir" 3 Dekabr 2021, 00:18 "Omikron"a görə ümrə üçün tələblər DƏYİŞDİ 3 Dekabr 2021, 00:03 İran Baş qərargah rəisindən başsağlığı 2 Dekabr 2021, 23:51 İsrail və Mərakeş arasında "buzlar əriyir" 2 Dekabr 2021, 23:43 Ceyhun Bayramov islandiyalı həmkarı ilə görüşdü 2 Dekabr 2021, 23:38 Azərbaycan və Yunanıstan XİN başçıları arasında görüş - YENİLƏNİB 2 Dekabr 2021, 23:36 SOCAR işçisi dənizdə itkin düşdü 2 Dekabr 2021, 23:23 Azərbaycan-Aİ əməkdaşlığı müzakirə edildi 2 Dekabr 2021, 23:10 Ceyhun Bayramov avstriyalı həmkarı ilə GÖRÜŞDÜ 2 Dekabr 2021, 22:42 Cənubi Koreyada ABŞ hərbçilərinin sayı dəyişməyəcək 2 Dekabr 2021, 22:28 İctimai Şuradan Tofiq Yaqublu ilə bağlı Nazirliyə müraciət 2 Dekabr 2021, 22:12 Misir XİN-dən başsağlığı 2 Dekabr 2021, 21:56 Birliyimiz əbədi olmalıdır 2 Dekabr 2021, 21:51 Tofiq Yaqublu prokurorluğa çağırıldı 2 Dekabr 2021, 21:47 Yaşadığı evi tərk edən koronavirus xəstəsi aşkarlandı 2 Dekabr 2021, 21:40 Sabah bu ərazidə qaz kəsiləcək 2 Dekabr 2021, 21:25 45 milyon insan aclıqla üzləşə BİLƏR 2 Dekabr 2021, 21:11 Ceyhun Bayramov ATƏT-in iclasında iştirak etdi 2 Dekabr 2021, 20:55 Balakəndə karantini pozanlar cərimələndi 2 Dekabr 2021, 20:45 Sərhəd məsələsində Azərbaycanın gözləntisi AÇIQLANDI 2 Dekabr 2021, 20:30 Şirvan sakinlərində narkotik AŞKARLANDI 2 Dekabr 2021, 20:22 "Ermənistana əlavə təzyiqlərin göstərilməsinə ehtiyac var" 2 Dekabr 2021, 20:09 “Brent” nefti ucuzlaşdı 2 Dekabr 2021, 20:07 Suriyada terakt - 10 neftçi öldü 2 Dekabr 2021, 19:55 Mədəniyyətlərarası dialoq forumu gələn il Bakıda keçiriləcək 2 Dekabr 2021, 19:49 "Münaqişə başa çatıb" - Ceyhun Bayramov 2 Dekabr 2021, 19:45 Azərbaycanda sosial müdafiə xərcləri artırılıb 2 Dekabr 2021, 19:42 Britaniya səfiri nazir müavini ilə görüşdü 2 Dekabr 2021, 19:27 Azərbaycandan neft hasilatının artırılmasına RAZILIQ 2 Dekabr 2021, 19:21 Ermənistan 22 muzeyi dağıdıb - Hesabat 2 Dekabr 2021, 19:09 Prezident Mark Şnayeri QƏBUL ETDİ 2 Dekabr 2021, 19:04 Zaur Əliyev bu mərkəzin yeni tərkibini TƏSDİQLƏDİ 2 Dekabr 2021, 19:00 Ermənilərin Qarabağda dağıtdığı ABİDƏLƏR 2 Dekabr 2021, 18:54
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?