Modern.az

Rusiya Ukraynanı vurdu - 5 ölü, 30 yaralı

Rusiya Ukraynanı vurdu - 5 ölü, 30 yaralı

Dünya

11 İyul 2026, 20:54

Rusiyanın Ukraynanın Sumı şəhərinə hücumu nəticəsində 5 nəfər ölüb.

Modern.az xəbər verir ki, bu barədə Sumı Regional Hərbi Administrasiyasının rəisi Oleq Qriqorov "Telegram"da məlumat yayıb. Son məlumata görə, ağır yaralanan şəxslərdən biri xəstəxanada ölüb, ölənlərin sayı beşə çatıb.

Ölənlər arasında 13 yaşlı qız da var.

Zərbələr nəticəsində 30 nəfərin yaralanıb, onlardan 5 nəfərin vəziyyəti ağır sayılır.

Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...