Modern.az

İranın bəzi nüvə obyektlərində bərpa işləri aparılır

İranın bəzi nüvə obyektlərində bərpa işləri aparılır

Dünya

Bu gün, 21:43

İranın bəzi nüvə obyektlərində bərpa işlərinin əlamətləri müşahidə olunub

Modern.az xəbər verir ki, CNN peyk görüntülərinə əsaslanaraq İranın bir sıra nüvə və hərbi obyektlərində bərpa işlərinin aparıldığını iddia edib.

Məlumata görə, nüvə silahının hazırlanması üçün partlayıcı materialların saxlanıldığı ehtimal edilən Pərçin rayonunda zərbələr nəticəsində yaranmış kraterlərin üzərinin əvvəlcə müvəqqəti örtüklərlə bağlandığı, daha sonra isə ərazidə tikinti texnikası və betonqarışdıran maşınların işlədiyi müşahidə olunub. Ekspertlər bunu zədələnmiş obyektlərin bərpasına cəhd kimi qiymətləndirirlər.

Həmçinin İranın yeraltı nüvə infrastrukturu inkişaf etdirdiyi ehtimal olunan Pikəks dağı ətrafında da fəallıq qeydə alınıb. Yeni peyk görüntülərində tunellər vasitəsilə hərəkət edən nəqliyyat vasitələri görünür.

Bundan başqa, peyk görüntüləri İranın bir neçə raket və hərbi hava bazasında da bərpa işlərinin aparıldığını göstərir.

Bununla yanaşı, İsfahan, Fordo və Natanzdakı əsas nüvə obyektlərində hələlik analoji fəaliyyət əlamətlərinin müşahidə olunmadığı bildirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna Rusiyanın gəmilərini ard-arda VURDU - ŞOK GÖRÜNTÜLƏR