Modern.az

Bakı Təşəbbüs Qrupu ilk dəfə xarici dövlət qurumu ilə memorandum imzaladı

Bakı Təşəbbüs Qrupu ilk dəfə xarici dövlət qurumu ilə memorandum imzaladı

Aktual

Bu gün, 12:57

Bakı Təşəbbüs Qrupu ilə Burkina-Fasonun Qabaqcıl Beynəlxalq Araşdırmalar İnstitutu arasında memerandum imzalanıb.

Modern.az xəbər verir ki, Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasov brifinqdə  Bakı Təşəbbüs Qrupu ilə Burkina-Fasonun Qabaqcıl Beynəlxalq Araşdırmalar İnstitutu arasında imzalanan Anlaşma Memorandumunun  BTQ-nin tarixində xarici dövlət qurumu ilə bağlanan ilk əməkdaşlıq sənədi olduğunu bildirib.

O qeyd edib ki, Burkina-Fasonun Xarici İşlər Nazirliyinin tabeliyində fəaliyyət göstərən Qabaqcıl Beynəlxalq Araşdırmalar İnstitutu ilə imzalanan Anlaşma Memorandumu BTQ üçün yeni mərhələnin başlanğıcıdır:

“Memorandum çərçivəsində birgə elmi tədqiqatların aparılması, hesabatların hazırlanması, təlimlərin təşkili və dekolonizasiya sahəsində əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur”.

O bildirib ki, institut Burkina-Fasoda diplomatların hazırlanması üzrə ixtisaslaşmış dövlət qurumudur və əməkdaşlıq gələcəkdə bu sahədə yeni layihələrin həyata keçirilməsinə imkan yaradacaq:

“Təşkilat gələcəkdə digər Afrika ölkələrinin dövlət qurumları ilə də oxşar əməkdaşlıq sənədlərinin imzalanmasını nəzərdən keçirir.

Sizə yeni x var
Keçid et
Ukrayna Rusiyanın gəmilərini ard-arda VURDU - ŞOK GÖRÜNTÜLƏR