Modern.az

Zəngəzur dəhlizi Zəngilanın əhəmiyyətini daha da artıracaq

Zəngəzur dəhlizi Zəngilanın əhəmiyyətini daha da artıracaq

Aktual

21 Oktyabr 2021, 19:41

Ermənilərin Azərbaycan ərazilərində həyata keçirdikləri ekoloji terror təkcə xalqımızın əleyhinə yox, bütün bəşəriyyətə qarşı həyata keçirilmiş ağır cinayətdir və bu cinayəti törədənlər, mütləq öz əməllərinə görə cavab verməli olacaqlar.

 

Bu sözləri Modern.az saytına açıqlamasında millət vəkili, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Azər Kərimli deyib.

 

Prezident İlham Əliyevin Zəngilan rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə Ermənsitanın vaxtilə işğal altında saxladığı Azərbaycan ərazilərində həyata keçirdiyi ekoloji cinayətlərlə bağlı fikirlərinə münasibət bildirən millət vəkili qeyd edib ki, belə cinayətlərin bir hissəsi də Zəngilan rayonunun ərazisində gerçəkləşdirilib: “Oxçuçayın təbii fəlakət zonasına çevrilməsi, çaydakı zəhərli maddələrin həcminin normadan 10, bəzən isə 20 dəfədən çox olması, çox ağır fəsadlara yol açan ekoloji cinayətdir. Qeyd edim ki, Beynəlxalq Cinayət Məhkəməsi (Haaqa Məhkəməsi) 2016-cı ildən başlayaraq, ətraf mühitə zərər vuran hərəkətlərin, o cümlədən ekoloji cinayətlərin məhkəmə istintaqını öz yurisdiksiyasına daxil edib. Bu sıraya təbii ehtiyatların qanunsuz istismarı ilə bağlı məsələlər də daxildir və bu da öz növbəsində ermənilərin Vejnəli qızıl yatağında törətdikləri cinayətkar əməllərin Beynəlxalq Cinayət Məhkəməsinin təhdiqatına təqdim edilməsinə hüquqi əsaslar verir. Cənab Prezidentin də qeyd etdiyi kimi, Azərbaycan artıq bu istiqamətdə müvafiq hüquqi prosedurların həyata keçirilməsinə başlayıb. Prosesə beynəlxalq hüquqşünaslar cəlb edilib və əminəm ki, Ermənistanın Azərbaycan ərazilərində törətdikləri bütün vəhşiliklər, o cümlədən ekoloji cinayətlər cəzasız qalmayacaq”.

 

Azər Kərimli Zəngilanın coğrafi mövqeyinə görə strateji əhəmiyyətli bir ərazidə yerləşdirini bildirib: “Məlum olduğu kimi, Zəngəzur dəhlizi də Zəngilan ərazisindən keçəcək. Bu isə Zəngilanın iqtisadi və strateji əhəmiyyətini artırmaqla yanaşı, rayonu qlobal nəqliyyat dəhlizlərinin ayrılmaz və önəmli bir parçasına çevirəcək. Bu isə həm rayonun, həm də ətraf yaşayış məntəqlərinin inkişafl üçün yeni perspektivlərə yol açacaq. Azərbaycan işğaldan azad edilən ərazilərimizin gələcəyinə ölkəmizin və bölgənin inkişafı kontekstindən yanaşır. Görülən işlərin əsasında məhz bu amil dayanır”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir