Modern.az

Bütün strukturlarda kütləvi ixtisarlar gedir

Bütün strukturlarda kütləvi ixtisarlar gedir

Parlament

23 Noyabr 2021, 12:52

Milli Məclisin deputatı Məlahət İbrahimqızı parlamentin bu gün keçirilən iclasında gələn ilin büdcəsindən danışıb.

 

Modern.az-ın xəbərinə görə, deputat bildirib ki, Prezident İlham Əliyevin və Mehriban Əliyevanın diqqəti sayəsində yeni iş yerləri yaradılır:

 

“İşsizliyin aradan qaldırılması üçün addımlar atılır. Amma bütövlükdə bütün strukturlarda kütləvi ixtisarlar gedir, yüzlərlə insan ixtisara düşür. Biz başa düşürük ki, islahatlar getməlidir, amma ixtisarların kütləvi hal alması var, buna yol vermək olmaz. Biz qazilərimizin, şəhid və qazi ailələrinin işsizliyinin aradan qaldırılması ilə məşğul oluruq, indi bu problem də ortaya çıxıb”

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi