Modern.az

Facebook-un aktiv DEPUTATLARI - Bəzi xanımlar kişiləri geridə qoyur

Facebook-un aktiv DEPUTATLARI - Bəzi xanımlar kişiləri geridə qoyur

30 Noyabr 2021, 15:33

Ölkə və dünya gündəmi müxtəlif ictimai-siyasi hadisələrlə çalxalanır. Bu baxımdan prosesləri xalqa doğru çatdırmaq vacibdir ki, burada da olayları düzgün təhlil edə bilənlərin üzərinə böyük iş düşür.
Bu məsələlərdə təbii ki, deputatlar da həmişə diqqət mərkəzində olub. Onların çıxışı daim ictimaiyyət üçün maraq kəsb etdiyindən həm sosial şəbəkələrdə, həm də ictimai platformalarda tez-tez müzakirələr açılır.

Artıq sosial şəbəkələr günümüzün ən aktual platformasına çevrilib. İndi bu platformalar insanların informasiya alması, müzakirələrdə iştirakı baxımından xüsusi önəm kəsb edir.

Milli Məclisinin deputatları arasında da sosial şəbəkələrdən istifadə edənlər, müzakirələrə qoşulanlar var. Maraqlıdır, hansı parlamentarilər bu platformalarda daha aktivliyilə seçilir?


Hazırda Milli Məclisdə 117 deputat təmsil olunur. Onlardanheç də hamısının sosial şəbəkə hesabları mövcud deyil. Hesabı olanların isə hamısı eyni səviyyədə aktiv deyil. Bəzi deputatlar mütəmadi olaraq sosial şəbəkələrdə açıqlamalarla çıxış edir, bəzilərinin hesabları isə günlərlə yenilənmir.


Modern.az
-ın əməkdaşı deputatların sosial şəbəkələrdəki – daha dəqiq desək, Facebook-dakı  fəaliyyətini araşdırıb.


Sosial şəbəkənin aktiv deputatlarından biri Vüqar Bayramovdur. Deputat Facebook  platformasında hər gün bir neçə dəfə paylaşım edir. 16 mindən çox izləyicisi olan deputat hesabında daha çox dünya və ölkə iqtisadiyyatı, gündəmdə olan mövzuları şərh edir, seçicilərin problemlərini işıqlandırır.


Facebook-un digər aktiv deputatı Fazil Mustafadır. O, davamlı olaraq gündəm mövzularna dair şərhlərlə çıxış edir, mediada və parlamentdə səsləndiryi fikirlərini izləyiciləri ilə ilə bölüşür. Millət vəkilinin problemləri, şikayətləri işıqlandırması bir çox hallarda izləyiciləri tərəfindən müsbət rəy alır.


Facebook-un fəal deputtaları sırasında Erkin Qədirlinin də adını qeyd etmək olar.

Zahid Orucun da Facebook-da hesabı var. Deputat gördüyü işlərlə bağlı sosial şəbəkə hesabında məlumat yayır, seçicilərlə görüşlərini işıqlandırır.


Parlamentin gənc deputatlarından olan Soltan Məmmədovu da Facebook-da izləmək olur. O, səhifəsində gördüyü işlər, seçici problemləri, təkliflər barədə paylaşımlar edir.

 

Milli Məclisdə 120 saylı seçki dairəsini təmsil edən Ceyhun Məmədovu da Facebook-un ən aktiv deputatlarından saya bilərik. Onun səhifəsinə nəzər yetirdikdə aydın şəkildə görünür ki, deputat ölkədəki proseslər barədə davamlı çıxışlar edir.


Deputat Ramil Həsən uzun müddətdir sosial şəbəkədə fəaliyyət göstərir. Onun Facebook-da şəxsi profili, eyni zamanda rəsmi səhifəsi var. Ramil Həsənin hər iki hesabı aktiv olsa da, səhifəsində sırf parlamet fəaliyyəti işıqlandırılır.


Razi Nurullayev
də aktiv sosial şəbəkə istifadəçisi olan deputatdır. Parlamentari davamlı olaraq paylaşımlar edir. Hətta müxtəlif mövzulara aid paylaşımları bəzi hallarda sosial şəbəkə istifadəçilərinin müsbət reaksiyasəna da səbəb olur.


Sosial şəbəkənin daha bir aktiv deputatı Musa Uruddur. Musa müəllimin səhifəsində görüşləri, keçirdiyi tədbirlər, o cümlədən nəzərdə tutulan işlərlə bağlı mütəmadi olaraq paylaşımlar edilir.

Sosial şəbəkənin digər fəal deputatı Etibar Əliyevdir. Müxtəlif məsələlərə rəy bildirən E.Əliyev Facebook-da bir neçə dəfə qalmaqallı çıxışı ilə də yadda qalıb.


Rəşad Mahmudov, Cavanşir Feyziyev, Azay Quliyev, Sabir Rüstəmxanlı, Asim Mollazadə
 də Facebook-dan fəallıq edirlər.

Deputatlar Tahir Kərimli və Fəzail Ağamalı daha çox mətbuatda dərc olunmuş yazılarını paylaşırlar. 

Əli Məsimli, Tahir Mirkişili, Kamal Cəfərov, Aydın Mirzəzadə, Sahib Alıyev, Tural Gəncəliyev, Naqif Həmzəyev də sosial şəbəkədən fəal istifadə edən parlamentarilərdi. Onlar mütəmadi olaraq öz fəaliyyətləri - seçicilərlə görüşlər haqqında məlumat verir, gündəm mövzularına münasibət bildirirlər.

Bu günlərdə Facebook-dakı paylaşımı ilə qalmaqala səbəb olan Cavanşir Paşazadəni də unutmaq olmaz.

Parlamentin xanım üzvləri arasında da aktiv sosial şəbəkə istifadəçiləri var: bu sırada 1-ci spiker Sahibə Qafarovanın adını çəkə bilərik.

Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva sosial şəbəkədə həmişə aktiv olub və belə qalmaqda da davam edir. Qənirə xanım öz aktivliyilə bir çox kişi həmkarlarını da geridə qoyur.

Deputatlar Məlahət İbrahimqızı, Nigar Arpadarai, Sevinc Fətəliyeva, Fatma Yıldırım, Jalə Əhmədova, Pərvin Kərimzadə də Facebook-da fəallıq edirlər. Onlar müxtəlif məsələlərlə bağlı paylaşımlarla diqqət çəkirlər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?