Almaniya Yaşıllar Partiyası Sosial Demokrat Partiyası və Azad Demokrat Partiyası ilə hakim koalisiya qurmağa razılıq verib.
Modern.az xəbər verir ki, partiya üzvlərinin 57%-nin koalisiya qurulmasına razılıq verdiyi bildirilib.
Sabah üç partiya arasında koalisiyanın qurulması barədə müqavilənin imzalanması gözlənilir.
Almaniyada yeni hökumətin dekabrın 8-də qurulacaq. Merkel bu tarixədək ölkənin kansleri vəzifəsini tutacaq.