Arxiv
28 Yanvar 2015, 12:16 | FOTOSÖHBƏT
Xalq şairi Vaqif Səmədoğlu ilə FOTOSÖHBƏT

Xalq şairi Vaqif Səmədoğlunun 28 yanvar 2015-ci il tarxində vəfatı ilə əlaqədar onunla Modern.az saytında getmiş FOTOSÖHBƏT layihəsini təkrar yayımlayırıq. Vaqif Səməd oğlu Vəkilov 1939-cu il iyunun 5-də Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Konservatoriyasının ifaçılıq fakültəsini bitirib. 1963–1971-ci illərdə Konservatoriyda müəllim işləyib. 1968-ci ildən «Azərbaycan Ensiklopediyası» nəşriyyatında şöbə müdiri, 1973-cü ildən Azərbaycan Kinostudiyasında ssenariçi, 1992-ci ildən «Oğuz eli» qəzetinin baş redaktoru vəzifələrində çalışıb. Azərbaycanın xalq şairi, əməkdar incəsənət xadimidir. «Şöhrət» ordeni ilə təltif edilib. Müxtəlif dillərdə çap olunmuş şeir və dram əsərlərindən ibarət 10-dan çox kitabın müəllifidir. İkinci və üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. Evli idi, 3 övladı var. 

Mənim üçün ən əziz şəkillərimdən biri. Atam Səməd Vurğun, bacım, qardaşım və mən.
Anam Xavər xanımla. Bu şəkli 1949-cu ildə çəkdirmişik.
Gənclik illərinə qədəm qoymuşuq, bacım Aybənizlə birlikdəyəm.

Bu şəkil 1954-cü ildə Qobustanda çəkilib. Soldakı atam, ortadakı isə mənəm.

 

Yenə gənclik illəri...Fortopianoda ifa edirəm.

 

«Azərbaycan Ensiklopediyası» nəşriyyatında işləyirdim. Sağda birinci əyləşən mənəm.

 

Ərəblinski adına Sumqayıt Dram Teatrı. "Bəxt üzüyü" tamaşasının yaradıcı heyəti arasındayam. 1986-cı il.

 

Məşhur bəstəkarlarla birlikdə. Soldakı Emin Sabitoğlu, ortadakı Tofiq Quliyevdi.

 

Sağdakı mərhum rejissor Hüsynağa Atakişiyevdi, o birilər də xarici qonaqlarımız.

 

Qardaşım Yusif Səmədoğlu ilə birlikdə...

 

Yaş getdikcə artır, ömür gedir...

 

Qızım Nigarla...

 

60 yaş nə tez çatdı...Şəkil 1999-cu ildə lentə alınıb. Anam və həyat yoldaşım Nüşabə xanım.

 

Heyvanları, quşları çox sevirəm. Çiynimdəki Çil-çildi.

 

Məni tanıyanlar ov həvəskarı olduğumu bilirlər.

 

8 noyabr 2000-ci il. "Mamoy kişinin yuxuları" pyesinin premyerası uğurla başa çatıb.

Bu şəkil 2001-ci il martın 5-də lentə alınıb. İş masamın arxasındayam.

 

Qızım Mirvari ilə...

 

"Yaşıl eynəkli adam-2" televiziya tamaşasının çəkilişi zamanı tanınmış aktyorlarla birlikdə...

 

Anam Xavər xanımla. Yeni il bayramını qeyd edirik.

 

Dostum Anarla Yusif Səmədoğlunun məzarını ziyarətə gəlmişik.

 

 Vaqif Səmədoğlu "Dədə Qorqud" obrazında...

 

Dövlət Gənclər Teatrında "Generalın som əmri" tamaşasının kollektivi ilə. 

 

Milli Məclisdə...Fotoaparatım həmişə, hər yerdə mənimlədir.

 

2003-cü il, Strasburq. Avropa Şurası Parlament Assambleyasında Markiz Martiness Kissanla... 

 

Avropa Şurası Parlament Assambleyasının sabiq prezidenti Terri Devislə... 

 

II çağırış Milli Məclisin AŞ PA-dakı nümayəndə heyəti. Xaricdə səfərdəyik.

 

Mən təbiətin vurğunuyam. İstirahətdə...

 

Topaş və Rembo. Onları çox istəyirəm..

 

Həyat yoldaşım Nüşabə xanımla... 

 

Əzizlərim-nəvələrim Ayla və Məryəm.

 

Son şəkillərimdən biri...

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Netanyahu Putinə “Əsrin razılaşması” barədə məlumat verəcək 28 Yanvar 2020, 17:06 Məmurlara bəd xəbər - Bu qərar ləğv olundu 28 Yanvar 2020, 16:48 İcra başçısı pambıq əkini ilə bağlı göstəriş verdi 28 Yanvar 2020, 16:42 “Azərbaycan Dəmir Yolları” gücləndirilmiş rejimə keçdi: Koronavirusla bağlı 28 Yanvar 2020, 16:36 Xoşbəxt Yusifzadə Fəxri professor oldu 28 Yanvar 2020, 16:30 Çindən gələn mallara qadağa- RƏSMİ 28 Yanvar 2020, 16:24 Çindəki azərbaycanlılardan xəbər - Səfir danışdı 28 Yanvar 2020, 16:23 Lalə Abbasova seçiciləri ilə izdihamlı görüşlər keçirib - Fotolar 28 Yanvar 2020, 16:17 Baş Prokurorluq Hacıqabuldakı ölümlə bağlı açıqlama yaydı 28 Yanvar 2020, 16:12 Qədim Kiş kəndi seçkilərə hazırdır - FOTO 28 Yanvar 2020, 16:12 Azərbaycanda ən yüksək əməkhaqqı olan SAHƏLƏR 28 Yanvar 2020, 16:05 Türkiyə yenə silkələndi – 5,1 bal 28 Yanvar 2020, 16:00 Paşinyanın əsas tənqidçisi saxlanıldı - evindən silah tapılıb 28 Yanvar 2020, 15:53 Mentalitet unudulur? - “Artıq bizdə də cütlüklər əvvəlcədən birgə yaşayır, sonra evlənirlər” 28 Yanvar 2020, 15:46 Gədəbəyin deputatı olmaq istəyən  Elmar Musayevdən mesaj - VİDEO 28 Yanvar 2020, 15:40 Dəhşətli virusla bağlı Azərbaycan hökuməti təcili müşavirə keçirdi - Prezident tapşırıq verdi 28 Yanvar 2020, 15:34 Mübariz Mənsimov daha 150 tələbənin təhsil haqqını ödəyəcək 28 Yanvar 2020, 15:28 Su sayğaclarını oğurlayanlar yaxalandılar 28 Yanvar 2020, 15:22 Mədət Quliyev MMC-nin direktorunu işdən çıxardı 28 Yanvar 2020, 15:16 Kamran Bayramov Şəmkirin Quşçu və Çovdar kəndlərində görüşlər keçirib - Fotolar 28 Yanvar 2020, 15:10 Azərbaycanda yeni musiqi alətləri yaradıldı- “ay-ulduz”, “sevgililər”, “fitar”... 28 Yanvar 2020, 15:05 Xəzərdə gəmi batdı, 4 balıqçı xilas edildi 28 Yanvar 2020, 15:00 İctimai Şuranın üzvləri BMU-da imtahanların gedişini izləyiblər 28 Yanvar 2020, 14:54 Ermənistan Konstitusiya Məhkəməsinin hakiminin oğlu oğurlanıb 28 Yanvar 2020, 14:48 İranda Almaniya vətəndaşı zorla xəstəxanaya yatırıldı - koronavirusa görə 28 Yanvar 2020, 14:42 Moskvada azərbaycanlı iş adamı amansızlıqla qətlə yetirildi 28 Yanvar 2020, 14:36 Vüqar Bayramov: “Mən deputatlığa səlahiyyət kimi yox, məsuliyyət kimi baxıram” 28 Yanvar 2020, 14:30 Məlahət İbrahimqızı 3-cü mikrorayonun sakinləri ilə görüşüb - FOTO 28 Yanvar 2020, 14:25 Koronavirusdan qorunmaq üçün 5 MƏSLƏHƏT 28 Yanvar 2020, 14:20 Səfirliklərlə diaspor qarşıdurması: GƏRGİNLİKDƏN KİMLƏR QAZANDI 28 Yanvar 2020, 14:16 Azərbaycan millisinin baş məşqçi postuna 32 namizəd 28 Yanvar 2020, 14:10 Yaşa görə pensiya hüququ qazana bilmək üçün lazım olan şərtlər - Rayonlar üzrə 28 Yanvar 2020, 14:07 AzTV aprel döyüşləri haqqında uşaqlar üçün cizgi filmi hazırlayır 28 Yanvar 2020, 14:00 Saleh Məmmədov: “12 rayonda yeni yollar çəkiləcək” 28 Yanvar 2020, 13:55 Azərbaycanda dəhşətli virusa qarşı bu tədbirlər görüləcək - SİYAHI 28 Yanvar 2020, 13:50
SORĞU Yeni parlamentdə kimlər olsun?