Modern.az

Avropa Şurasının baş katibi İlqar Məmmədovun vəkillərinə zəng edib

Avropa Şurasının baş katibi İlqar Məmmədovun vəkillərinə zəng edib

15 Fevral 2013, 18:39

Bu gün Avropa Şurasının baş katibi Tyorborn Yanqland REAL hərəkatının həbsdə olan lideri İlqar Məmmədovun vəkillərinə zəng edib. Bunu Modern.az-a açıqlamasında REAL liderinin vəkili Fuad Ağayev təsdiqləyib. Vəkil bildirib ki, Avropa Şurasının baş katibi Tyorborn Yanqland həbslə bağlı məlumatları soruşub.

“Baş katib İlqar Məmmədovun vəziyyəti ilə maraqlandı və bizdə o məlumatı ona verdik”, – deyə vəkil vurğulayıb.

Qeyd edək ki, REAL lideri İlqar Məmmədov eyni zamanda Avropa Şurasının Bakı Siyasi Araşdırmalar Məktəbinin direktorudur.

 

Anar Kəlbiyev

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İranda xalq yenə ayağa qalxdı - QARŞIDURMA başladı