Daxili İşlər Nazirliyinin məlumatına görə, sentyabrın 21-də saat 22.35 radələrində Qaradağ rayonu ərazisində baş verən ağır yol qəzasında beş nəfər həlak olub.
Hadisə zamanı Mehman Hüseynovun idarə etdiyi "LAND CRUZER" markalı və Elman Cavadovun idarə etdiyi "Mersedes-ML" markalı avtomaşınlar toqquşub. Nəticədə M.Hüseynov və sərnişinləri - Bakı şəhər sakinləri İlqar Abdullayev, arvadı Lalə, qayınanası Rahilə Məmmədova və 8 yaşlı Abbas Rüstəmzadə hadisə yerində ölüb, digər sürücü E.Cavadov və 5 nəfər sərnişin xəsarət alıb. Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırmalar aparılır