Arxiv
21 Oktyabr 2013, 09:45 | MƏDƏNİYYƏT
“Azdrama”ya arxa çevirən “Məhəmməd Füzuli” - “Yeni Bakının köhnə heykəlləri” - LAYİHƏ

Şərq poeziyasında hüznün tarixinin Füzuli ilə başladığını vurğulayırlar. Təbii ki, bu, birmənalı şəkildə qəbul olunan fikirdir. Füzuli hüzn anlayışına fəlsəfi məna qatmaqla onu əbədi olaraq insaniyyətin ixtiyarına buraxdı. Özü də bu hüznə bürünərək, əbədiyyət qazandı.

Füzuli heykəli barədə yazını bu girişlə başlamağımız heç də təsadüfi deyil. Çünki şəhərin mərkəzi küçəsində yerləşən heykələ baxanda sanki daşlara bürünmüş hüznü görürük.

Modern.az saytı “Yeni Bakının köhnə heykəlləri” layihəsində növbəti yazını şəhərin mərkəzində yerləşən “Məhəmməd Füzuli”yə həsr edir.

Füzuli meydanı, dram teatrının qarşısında qoyulan heykəlin açılışı 2 iyun 1962-ci ildə olub. Heykəlin müəllifləri məşhur heykəltəraşlar Tokay Məmmədov və Ömər Eldarov, arxitektoru isə Q.Muxtarovdur. Heykəl tuncdan tökülüb və qranit pyedestal üzərində qoyulub. Bu işə görə heykəltəraşlar Tokay Məmmədov və Ömər Eldarov SSRİ Rəssamlıq Akademiyasının gümüş medallarına layiq görülüb.

Abidənin ümumi hündürlüyü 12 metrdir: 6 metr qranit pyedestal, 6 metr isə tunc heykəl.

Hüznü daşa necə yazdılar

Füzulinin heykəlinin necə hazırlanması həmişə böyük müzakirə obyekti olub. Dahi Şərq mütəfəkkirinin daş portretini hazırlamaq çox ciddi iş olduğundan kimsə bu işi tam olaraq yerinə yetirə bilmir. Amma Şərq fəlsəfəsini və klassik ədəbiyyatın vurğunu olan Fuad Əbdürrəhmanov yenə də ilkə imza atır və heykəltəraşlıq tarixində Füzulinin ilk dəfə olaraq heykəlini hazırlayır. Həmin heykəl barədə bəzi maraqlı fərziyyələr var.
Belə ki, heykəltəraş Füzuli obrazını yaratmaqda çətinlik çəkirmiş və bu səbəbdən də işləri gecikdirmək məcburiyyətində qalır. Amma bir gecə yuxudan qəflətən ayılan rəssam hər zaman yaxınlıqdakı masanın üzərində saxladığı plastilinlə bir obraz hazırlayır. Sən demə, həmin vaxt yuxuda bir pirani qoca ona yaxınlaşaraq deyir: “Axtardığın insan mənəm”. Məhz bundan sonra heykəltəraş əsl Füzuli heykəlini hazırlaya bilir. Hazırda həmin heykəl Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyinin fasadında ucalan 6 heykəldən birincisidir.

Həmmüəllif

1958-ci ildə təşkil olunan müsabiqədə o zaman gənc olan Ömər Eldarov və Tokay Məmmədovun birgə işi qələbə qazanır.

Həmmüəllif Tokay Həbib oğlu Məmmədov 1927-ci il iyulun 18-də Bakıda  anadan olub. Atası Həbib Qurban oğlu Məmmədov texniki elmlər doktoru, anası Zivər xanım isə Azərbaycanın ilk qadın heykəltəraşı olub. İlk təhsilini anasından alıb. Uşaq vaxtından onun rəssam-heykəltəraş olacağı hamıya məlum idi. O da əksər rəssamlar kimi təhsilini əvvəlcə Bakıda, sonra isə Leninqradda alır. Sonra yenidən vətənə qayıdaraq Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində pedaqoji fəaliyyətlə məşğul olur.

T. Məmmədovun yaratdığı portretlər qalereyasında mərmər, tunc, gips materiallardan yüzlərlə portret mövcuddur ki, bu cür materiallarda sənətkar birinci növbədə xarici görünüşlə yanaşı, daxili psixoloji keyfiyyətləri də göstərməyə müvəffəq olub. Bu qəbilədən onun Azərbaycanda opera janrının əsasını qoyub, Üzeyir Hacıbəyov, xalq rəssamı Rüstəm Mustafayev, rəssam Vəcihə Səmədova, yazıçı Süleyman Rəhimov, polyak bəstəkarı Şopen və Avstriya bəstəkarı Motsart kimi dahilərin büst-portretlərini qeyd etmək olar.

Həmçinin heykəltəraşın yaradıcılığı monumental heykəllərlə zəngindir. Şəhərsalmanın inkişafı nəticəsində sovet dövründən başlayaraq Azərbaycanın bir çox şəhərindəki park və meydanlarda şair və dövlət xadimlərinin monumental heykəlləri ucaldılırdı. T.Məmmədovun monumental sahədə canlandırdığı obrazlarda Azərbaycanın şairləri, alimləri, dövlət xadimləri və qəhrəmanlarının surətləri durur. 1960-cı ildə dahi bəstəkar Üzeyir Hacıbəyovun Konservatoriya binası qarşısında qoyulmuş heykəli sənətkarın şah əsərlərindən  biridir. Amma heykəltəraş özünün ən uğurlu işi kimi yazının qəhrəmanı olan Füzuli heykəlini göstərir: 
“O zaman gənc idim, yorulmaq bilmədən işləyirdim. Buna görə də mən Füzuli heykəlini digərlərindən fərqləndirirəm və ən xoşuma gələn də elə bu abidədir”. 

Bu işdə T.Məmmədovla birgə çalışan Ömər Eldarov da açılış zamanı xüsusi minnətdarlığın Məmmədova aid olduğunu bildirib. Hər iki sənətkar əsərlərində qəhrəmanın psixoloji aləminə, ruh dünyasına endiyindən və əsas prioritet məqam kimi daxili vəziyyəti əks etdirdiyindən Füzuli heykəli çox uğurlu məhsul kimi alınıb. Çünki heykələ diqqət yetirəndə sanki öz daxili dünyasında səyahət edən bir müdriklik səyyahını görürük. O sanki səyahət zamanı bütün əbədiyyəti gözləri qarşısına gətirir. Bir əlində “Divan” tutan, digər əlini isə çənəsinə söykəyən şair sanki keçmişdən bu günə, bu gündən gələcəyə, gələcəkdən də əbədiyyətə uzun bir yolçuluqdadır. Onun yolçuluğu fikir yolçuluğudur və bu əbədiyyətə qədər davam edəcəkdir. Müəlliflər fəlsəfə ilə kədəri, müdrikliklə hüznü çox gözəl sintez edə biliblər. Hansı səmtdən baxılırsa baxılsın, o öz görüm nöqtəsini itirmir. Uzaqdan başqa, yaxından isə tamam başqa təəssürat yaradır. Sağdan baxanda ayrı məqamlara, soldan baxanda isə ayrı məqamlara toxunulub. Amma rakurs  fərqinə baxmayaraq heykəl vahid kompozisiyaya tabedir. Burada hər bir kiçik detal belə bu kompozisiya ilə, heykəldəki Füzuli ruhu ilə ahəngdədir. Bu ahəngin kökündə isə milli təəssübkeşlik və Şərq mənəviyyatı dayanır. Bu kimi məqamları çox sadalamaq olar. Sənətkarlıq prizmasından yanaşanda heykəli həqiqətən də nadir incilərdən saymaq olar. Amma...

Çoxmərtəbəli binalar və heykəlin cazibə qüvvəsi

Heykəlin yerləşdiyi ərazi klassik monumentallıq baxımından əlverişlidir. Daha doğrusu, əlverişli idi. Belə ki, el arasında “Beşmərtəbə” deyilən ərazidə o qədər də hündür olmayan və qədim memarlıq üslubuna xas olan tikililər heykəlin görüm nöqtəsinə o qədər də təsir etmirdi. Əksinə, heykəl həmin tikililərlə harmonik vəhdətdə idi. Lakin sonradan şəhərsalma və arxitektura baxımından dəyişən Bakının o nöqtəsi də yeniliyin qurbanına çevrilir. Sökülən köhnə üslublu tikililər və salınmaqda olan çoxmərtəbəli binalar heykəlin cazibə qüvvəsini tam olaraq məhv etməkdədir. Amma bu da son deyil.

Digər bir məqam

Heykəlin teatr binası ilə döyüşməsi

faktıdır. Digər bir amma isə heykəlin Akademik Milli Dram Teatrı ilə uyğunsuz əlaqəsidir. Belə ki, Füzuli və teatr tərəfləri arasında heç bir qarşılıqlı əlaqə yoxdur. Füzuli ayrı akademizmə, dram teatrı isə tam ayrı akademizmə malikdir. O teatr üçün ən əlverişli heykəl Cəfər Cabbarlı, Nəcəf bəy Vəzirov kimi dramaturqların heykəli olardı. Füzuli heykəli isə dram teatrı ilə heç bir üzvü vəhdətdə deyil. Bu səbəbdən də onların cazibə qüvvəsi bir-birini itələməklə məşğuldur. Cəlbedici koloritə malik dram teatrı öz uca qaməti hesabına maraq dairəsinə daha çox insanları cəlb edir. Amma xüsusi sənətkarlıqla hazırlanmış heykəl  bütün səmtlərdən teatra olan marağı ən azı yarıbayarı azaldır. Beləliklə, teatrın cazibəsi heykəlin ona buraxdığı cazibə “sədəqəsi” qədərdir. Füzuli heykəli teatrı öz kölgəsində itirsə də, harmoniyanın pozulması onun da “minusuna” xidmət edir.  


Elmin Nuri

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Rusiyanın Suriyada kürd HƏMLƏSİ 4 Dekabr 2021, 21:01 Bayden və Putin bu tarixdə danışacaq 4 Dekabr 2021, 20:47 Ukraynaya daha çox "Bayraktar" SATILIB? 4 Dekabr 2021, 20:33 “Keçən bir il onu göstərir ki, artıq Ermənistan-Azərbaycan münaqişəsi başa çatıb” 4 Dekabr 2021, 20:16 "Qarabağ" "Sabah"ı darmadağın etdi - Qış çempionu oldu 4 Dekabr 2021, 20:13 İndoneziyada vulkan püskürdü - Ölü və yaralılar var 4 Dekabr 2021, 20:07 Şabranda quşçuluq sexində yanğın 4 Dekabr 2021, 19:55 "Instagram"da nasazlıq yarandı 4 Dekabr 2021, 19:47 Gürcüstan silkələndi 4 Dekabr 2021, 19:39 ABŞ "Əl-Qaidə" liderinə zərbə endirdi 4 Dekabr 2021, 19:26 Hüquq müdafiəçiləri nazirlə Tofiq Yaqublunun vəziyyətini müzakirə etdi 4 Dekabr 2021, 19:21 Aİ-dən Latın Amerikasına 3.4 milyardlıq yardım 4 Dekabr 2021, 19:09 Ermənistan digər ərazilərin mina xəritələrini də Azərbaycana VERDİ 4 Dekabr 2021, 18:41 Sahil Babayev məşhur teleaparıcının oğlunu vəzifəyə təyin etdi - FOTO 4 Dekabr 2021, 18:32 Azərbaycan daha 10 erməni hərbçini TƏHVİL VERDİ 4 Dekabr 2021, 18:29 Azərbaycan və Türk diaspor təşkilatlarının əməkdaşlığı 4 Dekabr 2021, 18:20 İran parlamenti sədrinin 1-ci müavini Azərbaycan səfirini təbrik edib 4 Dekabr 2021, 18:18 Keçmiş prezident Putinin partiyasına sədr seçildi 4 Dekabr 2021, 18:11 “İçərişəhər”in direktor müvini koronavirusdan öldü 4 Dekabr 2021, 17:49 Ermənistanda polis polkovniki həbs edildi 4 Dekabr 2021, 17:46 Ərdoğan Türkyənin brendini niyə dəyişdirdi... - FOTO 4 Dekabr 2021, 17:22 Bakıda 550 küçə dezinfeksiya edildi 4 Dekabr 2021, 17:13 “Saakaşvili sizə lazım deyilsə, onu bizə qaytarın, Ukraynaya lazımdır” - Xanımından Gürcüstana ÇAĞIRIŞ 4 Dekabr 2021, 16:47 3-cü doza vaksin vurduranların sayı 4 Dekabr 2021, 16:47 Son sutkanın yoluxanları - 18 nəfər ÖLDÜ 4 Dekabr 2021, 16:40 Rusiya Xəzəryanı ölkələrin hərbi gücünün zəiflədilməsinə çalışır - ŞƏRH 4 Dekabr 2021, 16:27 Türkiyənin axtarışa verdiyi 5 nəfər Batumidə tutuldu 4 Dekabr 2021, 15:57 Şəhid ailələri üzvləri və qazilərə vergi güzəştləri 4 Dekabr 2021, 15:53 Fulya Öztürk xəstəxanaya yerləşdirildi 4 Dekabr 2021, 15:46 Londondakı Azərbaycan icması ilə görüş - FOTOLAR 4 Dekabr 2021, 15:35 Bölgələrdə uşaqlarla bağlı layihə 4 Dekabr 2021, 15:28 Abşeronda "Yaşıl Marafon" - 4000 ağac əkildi - FOTOLAR 4 Dekabr 2021, 15:26 Aziz Sancar səfirlə birgə Şuşada - FOTO 4 Dekabr 2021, 15:18 “Yevlax Pilot Aqropark”ı açıldı 4 Dekabr 2021, 15:10 Ramil Səfərov barəsindəki iddialar TƏKZİB OLUNDU 4 Dekabr 2021, 14:57
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?