Modern.az

Kim ki yüz il yaşamırsa... - xiyarın 100 faizlik faydaları

Kim ki yüz il yaşamırsa... - xiyarın 100 faizlik faydaları

12 May 2014, 21:58


Mövsümə uyğun olaraq xiyar artıq süfrələrimizi bəzəməyə başlayıb. Bəlkə də çoxları elə düşünür ki, tərkibi 95 faiz sudan ibarət olan xiyar yalnız salat kimi qida rasionumuzda yer tutur. Ancaq bu düşüncədə olanlar yanılırlar. Çünki xiyarın tərkibində olan digər maddələr orqanizm üçün olduqca faydalıdır. Onlar hansılardır?

1. protein

2. karbohidratlar

3. lif

4. nişasta

5. pektin

6. üzvi turşu

7. kalium

8. kalsium

9. maqnezium

10. natrium

11. fosfor

12. dəmir

13. yod

14. kobalt

15. manqan

16. mis

17. molibden

18. fluoro

19. sink

20. Vitamin B

21. Vitamin E

22. Vitamin C

23. Vitamin B1

24. Vitamin B2

25. Vitamin B9

26. Vitamin PP

İnanılmazdır və yəqin ki, bu tərkib haqqında heç vaxt düşünməmisiniz. İndi isə gəlin bu toplunun orqanizmə faydalarına nəzər yetirək:

1. Qan təzyiqini aşağı salır

2. Ürəyin fəaliyyətinə müsbət təsir göstərir

3. Sakitləşdirici xassəyə malikdir

4. Orqanizmdə olan zərərli maddələrin xaric olmasında mühüm rol oynayır

5. Əqli və fiziki yorğunluğu aradan qaldırır

6. Böyrək xəstəliklərinə qarşı mübarizədə ən yaxşı vasitədir

7. Susuzluğu götürür

8. Dərini cavan və təravətli saxlayır

9. Sidikqovucu xüsusiyyətə malikdir

10. Maddələr mübadiləsini tənzimləyir

11. Qaraciyərin fəaliyyətini normallaşdırır

12. Qanda şəkərin miqdarını azaldır

13. Xərçəng xəstəliklərinin profilaktikası üçün effektlidir

14. Ağızdan gələn xoşagəlməz qoxunu götürür

15. Həzm prosesini yaxşılaşdırır

16. Saç və dırnaqlardakı problemləri aradan qaldırır

Beləliklə bu sadaladıqlarımızla xiyarın orqanizm üçün faydaları bitmir. Xiyar həm də təbii kosmetik vasitədir. Xanımlar yay fəslində üz dərilərinin sağlam və gözəl olmasını istəyirlərsə evdən çıxmadan buna nail ola bilərlər. Bunun üçün eyni miqdarda xama və sürtgəcdən keçirilmiş xiyarı qarışdırıb üz dərisinə və boyun nahiyəsinə çəkin, 15 dəqiqə saxladıqdan sonra ilıq su ilə yuyun. Bunu həftədə iki dəfə etməklə gözəl və təravətli dəriyə sahib olacaqsınız. Yaxud eyni miqdarda sürtgəcdən keçirilmiş xiyarla limon şirəsini qarışdıraraq üz dərisinə çəkmək, 10 dəqiqə saxladıqdan sonra soyuq su ilə yumaq lazımdır.

Bəc bu dəyərli tərəvəzi alarkən nəyə diqqət yetirmək lazımdır? Xiyar alarkən ölçüsü kiçik, rəngi tünd yaşıl və daha yaxşı olar ki, kiçik sarlağı olanlara üstünlük verəsiniz. Rəngi artıq sarıya çalan və yumşalmış xiyar almaq məsləhət deyil.

Mədə xorası və mədə turşuluğu çox olanlar xiyardan məhdudiyyətlə istifadə etməlidirlər.

Xiyarın bütün bu faydalarını diqqətinizə çatdırdıqdan sonra yəqin ki, əlavə şərhə ehtiyac qalmır. Sadəcə onu demək qalır ki, qarşıdan gələn isti yay günlərində bu faydalı tərəvəzdən sağlamlığınız üçün istifadə edin.

İlham Cəmiloğlu

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir