Modern.az

Azərbaycanlı alim 1 illiyə Almaniya universitetinə göndərildi

Azərbaycanlı alim 1 illiyə Almaniya universitetinə göndərildi

12 İyul 2014, 01:49

Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunun “İxtisaslaşdırılmış qeyri-standart nəzarət və diaqnostika sistemleri” laboratoriyasının böyük elmi işçisi, fizika üzrə fəlsəfə doktoru Sakin Həmid oğlu Cabarov Almaniyanın Bayroyt şəhərinə bir il müddətinə ezam olunub.

Modern.az-ın məlumatına görə, o, Bayroyt Universitetinin Bavariya Geokimya və Geofizika Eksperimental Tədqiqat İnstitutunda postdok mövqeyində çalışacaq. Ezamiyyət müddətində gənc alim yüksək təzyiqlərdə seqnetoelektriklərin və multiferroiklərin struktur tədqiqatlarını aparacaq.
Səfəri İslam İnkişaf Bankının “Postdoctoral fellowship” programı maliyyələşdirib.

Modern.az saytına Fizika İnstitutundan verilən məlumata görə, gənc alim Sakin Cabbarov 2009-2014-cu illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunun elmi işçisi olaraq Rusiyanin Dubna şəhərində yerləşən Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda çalışıb. O apardığı elmi-tədqiat işləri haqqında Beynəlxalq elmi konfranslarda məruzələr edib, nəticələr nüfuzlu beynəlxalq jurnallarda məqalələr formasında çap olunub.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir