Arxiv
31 Avqust 2009, 19:13 | MEDİA
KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi jurnalistlərin mənzil məsələsinə yönəlsin, yönəlməsin?

KİV rəhbərlərinin münasibəti

Son zamanlar gündəmdə olan mövzulardan biri də evsiz jurnalistlərin mənzillə təmin olunmasıdır. Bununla bağlı səslənən bəzi təkliflərdə Prezident Yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu gələcəkdə qəzetlərə ayıracağı vəsaitin jurnalistlərin mənzil məsələsinə yönəldiləcəyi ehtimal edilir. Prezident Admnistrasiyası İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov da, bu yaxınlarda verdiyi açıqlamada bunun mümkün olacağını qeyd edib. Onun sözlərinə görə, KİV rəhbərləri məsələ ilə bağlı ortaq fikrə gəlsələr, bu istiqamətdə müəyyən tədbirlər görülə bilər. Artıq «Jurnalist» Mənzil Tikiniti Kooperativi (MTK) 2010-cu ildə KİV-ə Dövlət Dəstəyi Fondunun media orqanlarına ayıracağı vəsaitin mənzilsiz jurnalistlərin probleminin həllinə yönəldilməsi təklifilə çıxış edib. Bəzi media kapitanlarının bu təklifə münasibətlərini öyrənməyə çalışdıq.

Jurnalistlərin cəmiyyətin ən kasıb təbəqəsi olduğunu vurğulayın «525-ci qəzet»in baş redaktoru Rəşad Məcid onların sosial problemlərinin həllinə diqqət ayrılmasının zəruriliyini bildirib. Onun sözlərinə görə, cüzi əmək haqqı ilə jurnalistlərin özlərinə mənzil alması xülyadır: «Fikrimcə, jurnalistlərin sosial probleminin, eləcə də mənzil məsələsinin həll edilməsinə dövlət xüsusi diqqət ayırmalıdır. Mən jurnalistlərin ən xırda problemlərinin belə həllini istəyirəm. Hətta 2001-ci ildə ulu öndər Heydər Əliyevlə görüşdə çıxışım zamanı jurnalistlərin mənzil problemini diqqətə gətirmişdim. Bu məsələ indi də aktuallığını itirməyib. Dövlətimizin iqtisadi gücü artıb. Məhz bundan istifadə edərək, vətənpərvər jurnalistlərin mənzillə təmin edilməsini həyata keçirmək olar. Şəhərin müxtəlif ərazilərində torpaq sahəsinin ayrılaraq evsiz jurnalistlər üçün mənzillərin tikilməsinə tərəfdaram». R.Məcidin qənaətincə, KİV-lərə Dövlət Dəstəyi Fondunun növbəti il üçün qəzetlərə yardım məqsədilə ayıracağı vəsaitin məbləği artırılmalıdır.

Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov mənzilsiz jurnalistlərə mənzillərin verilib-verilməməsilə bağlı indidən hansısa fikirin söylnməsinin yersiz olduğunu qeyd edib. O, hesab edir ki, məsələ ilə bağlı müəyyən araşdırmaların aparılmasına ehtiyac var. MŞ sədri jurnalistlərin sosial problemlərini daim diqqətdə saxladıqlarını söyləyərək, məsələ ilə bağlı Şuranın xüsusi komissiyasının fəaliyyət göstərdiyini də əlavə edib: «Fikrimcə, yaxın zamanlarda mənzilsiz jurnalistlərin probleminin həll edilməsi mümkün deyil. Fond yeni yaradıldığı üçün xeyli güclənməlidir ki, bu məsələləri həll etmək gücü qazansın. Mənzil probleminin həll edilməsi gələcəyin məsələsidir. Biz Mətbuat Şurası olaraq müəyyən təkliflər üzərində işləyirik. Hesab edirəm ki, mənzillə bağlı optimal variant jurnalist şəhərciyinin salınmasıdır».

«Üç Nöqtə» qəzetinin baş redaktoru Xoşqədəm Hidayətqızı bu təklifə normal yanaşdığını bildirib. Onun sözlərinə görə, jurnalistlərin mənzil probleminin həll edilməsi istiqamətində müəyyən addımların atılması zəruridir. X.Hidayətqızı redaktorların razılığa gələcyi təqdirdə özünün bu məsələdə istənilən addımı atmağa hazır olduğunu deyib: «Jurnalistlərin sosial problemlərinin olması heç kəsə sirr deyil. İlk növbədə hər şey redaktorların ümumi fikrə gəlməsindən və ayrılacaq vəsaitdən aslıdır. Təbii ki, az vəsaitlə mənzilsiz jurnalistlərin bu problemini həll etmək olmaz. Sonuncu dəfə media orqanlarına yardım məqsədilə Fond tərəfindən 10 min manat vəsait ayrıldı. Bir çox baş redaktorlar ya həmin pulu jurnalistlərə vermədi, ya da az bir hissəsini verdi. Əgər redaktorlar ümumi fikrə gəlsə, mən ayrılacaq pulu da jurnalistlərin sosial probleminin həllinə yönəltməyə hazıram. Biz peşəkar jurnalistləri məhz elə onların sosial durumunun, maddi vəziyyətinin yaxşı olmaması üzündən itiririk. Peşəkar jurnalistlərin media orqanlarından uzaqlaşmasını istəmiriksə, ilk olaraq onların maddi durumunu, sosial vəziyyətini yaxşılaşdırmağa çalışmalıyıq».

APA İnformasiya Agentliyinin direktoru Vüsalə Mahirqızı hər bir jurnalistin mənzilinin olmasının zəruriliyini qeyd edib. Onun sözlərinə görə, jurnalistlərin maddi vəziyyəti yüksək səviyyəyə çatdırılmalıdır ki, onlar mənzil məsələsini özləri həll etmək gücündə olsun. V.Mahirqızının fikrincə, mənzil məsələsini həll etmək üçün Fond tərəfindən media orqanlarına ayrılacaq vəsaitin lazımi səviyyədə olması vacibdir: «Biz redaktorlar sosial vəziyyəti, maddi durumu yaxşı olmayan jurnalistlərdən keyfiyyətli iş tələb edə bilmərik. Əgər mənzilsiz jurnalistlərin bu problemini həll etmək mümkündürsə, mən buna hər cür dəstəyi verməyə hazıram. Fikricə, yalnız müxbir heyətinin mənzil problemini həl etmək lazımdır. Redaktorlar hər bir halda özünə mənzil ala biləcək. Yaxşı olardı ki, mənzili olmayan jurnalistlərə hansısa dövlət qurumları, şirkətlər tərəfindən hədiyyə kimi evlər paylansın. Bizim öz imkanlarımız daxilində gördüyümüz işlərin nəticəsi olaraq demək olar ki, artıq agentliyimizdə mənzilsiz jurnalistlərin sayı minimuma endirilb. İstərdim ki, digər media rəhbərləri də, imkan daxilində bu məsələyə diqqət ayırsınlar».

«Yeni Müsavat» qəzetinin baş redaktorunun birinci müavini Azər Ayxan hesab edir ki, KİV-lərə Dövlət Dəstəyi Fondunun ayırdığı vəsaitin jurnalistlərin mənzil məsələsinin həllinə yönəldilməsi effekt verməz. Onun düşüncəsinə görə, ayrılan bu məbləğlə jurnalistlərin mənzil problemini həll etmək mümkün deyil: «Yaxşı olar ki, dövlət özü bu problemi öhdəsinə götürərək həll etsin. Çünki mənzilsiz jurnalistlərimizin sayı kifayət qədərdir. Jurnalistlərin sosial vəziyyəti, maddi durumu mətbuatın işinin keyfiyyətinə mane olur. Təbii ki, bu qədər problemi olan jurnalist işinə tam diqqət ayıra bilməz. Bir sözlə, jurnalistlərin mənzil probleminin həll açarı dövlətin əlindədir».

«Aynı», «Zerkala» qəzetinin baş redaktoru Elçin Şıxlı Fondun ayıracağı vəsaitlə jurnalistlərin mənzil probleminin həllinin mümkünsüz olduğunu qeyd edib: «Jurnalistlərin bu probleminin həll olunmasına tam razıyam. Əgər Fondun ayıracağı 10 min manat jurnalistlərin mənzil məsələsini həll edə bilərsə, mən bu məbləği məmnuniyyətlə verərəm. Amma bütün bunlar hamısı böş söhbətlərdir. Çünki bu məsələdə tam başqa bir mexanizm işləməlidir. Əgər jurnalistə adi kreditlər verilmirsə, hansı mənzil məsələsindən söhbət gedə bilər? Jurnalistlər üçün xüsusi bank yaradılarsa və ya jurnalistlərə ipoteka kreditləri verilərsə, bəlkə o zaman mənzil problemi həll edilə bilər»

 

Aqil LƏTİFOV

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Prezident açıqladı: “Koronavirusa uğurla qalib gəldik” 25 May 2020, 14:34 Biləsuvarda narkotacirlər saxlanıldı - FOTO 25 May 2020, 14:29 İranda koronavirusa yoluxmalar azalmaq bilmir 25 May 2020, 14:14 Şamaxıda kran aşdı - Xəsarət alanlar var 25 May 2020, 14:06 Yaponiyada fövqəladə vəziyyət rejimi ləğv edildi 25 May 2020, 13:59 “Ermənistan həqiqəti başa düşərsə, ədalətli sülhə yaxınlaşacağıq” 25 May 2020, 13:49 İlham Əliyev Zurabişviliyə məktub göndərdi 25 May 2020, 13:34 Şamaxının icra başçısı karantinə alındı 25 May 2020, 13:20 Sabahın HAVA PROQNOZU - Külək, yağış, dolu... 25 May 2020, 13:12 Türkiyədə terror aktının qarşısı alındı 25 May 2020, 13:06 Bakıda silahlı narkotacir SAXLANILDI   25 May 2020, 12:57 Gəncədə avtoxuliqan həbs edildi - FOTO 25 May 2020, 12:50 Rusiyada koronavirusa yoluxanların sayı 350 mini ötdü 25 May 2020, 12:40 Karantini pozan “Kəlbəcər” restoranında 32 nəfər saxlanıldı - FOTO 25 May 2020, 12:30 Mingəçevirdə 13 nəfəri vuran qadına cinayət işi açıldı 25 May 2020, 12:23 Şəkidə “Xaş-xaş” əməliyyatı - 1 ton narkotik məhv edildi 25 May 2020, 12:15 Ordumuzun təlimləri başa çatdı 25 May 2020, 12:06 AZAL uçuşları nə zaman bərpa edəcək? 25 May 2020, 12:00 Ermənistanda ŞOK - Bir gündə 452 nəfər koronavirusa yoluxdu 25 May 2020, 11:46 “İndi onlara Almaniyada cinayət işi açıla bilər” - Nurlan Həsənov 25 May 2020, 11:39 Modern.az-ın əməkdaşı The London Post” qəzetində yazdı 25 May 2020, 11:30 “Maska taxmayanlar həyatlarını təhlükəyə atırlar” 25 May 2020, 11:29 İt dişləyən kişi quduzluqdan öldü 25 May 2020, 11:19 “Pandemiya ilə bağlı Gəncədə bütün zəruri tədbirlər həyata keçirilir” - Səməd Tomuyev 25 May 2020, 11:15 Mədəniyyət nazirinin səlahiyyətləri kimə həvalə edilib? - Rəsmi AÇIQLAMA 25 May 2020, 11:09 Azərbaycanda faktiki HAVA 25 May 2020, 10:58 Qurban Qurbanov və “Qarabağ” dünya rekordçuları ARASINDA 25 May 2020, 10:49 Ruslan İzzətlini hərbi xidmətə apardılar 25 May 2020, 10:37 “TRT Rusca” xəbər kanalı açıldı 25 May 2020, 10:31 Muzey və qoruqlarda “açıq qapı” günləri başladı 25 May 2020, 10:26 Ağdaşda narkotik əməliyyatı 25 May 2020, 10:18 Polis aztəminatlı ailələrə sovqat apardı 25 May 2020, 10:14 Yanacaqdoldurma məntəqələrində benzin niyə EYNİ QİYMƏTədir? 25 May 2020, 10:13 Neftin qiyməti bahalaşır 25 May 2020, 10:07 Ərdoğan İlham Əliyevə zəng etdi 25 May 2020, 09:52