Modern.az

Tələbələrin internet qəzeti açılıb

Tələbələrin internet qəzeti açılıb

30 Avqust 2010, 15:59

Azərbaycan Tələbələr Birliyi “Auditoriya” adlı yeni internet qəzet hazırlamağa başlayıb.

Qəzetin ilk sayı bu gün oxuculara təqdim edilib. Qeyd edilən qəzet vasitəsilə ictimaiyyət tələbələr və təhsil haqqında müxtəlif səpkili məlumatlar, araşdırmalar, məqalələr əldə edəcəklər.

Qəzet ayda 2 dəfə olmaqla hazırlanacaq. Həmçinin, səhifədə olan “Join our mailing list” bölməsi vasitəsilə xəbərlərin hər dəfə elektron ünvanlara göndərilməsi də təmin ediləcək.

Azərbaycan Tələbələr Birliyindən Modern.az-a deyiblər ki, internet qəzetin yaradılmasında əsas məqsəd tələbələri vaxtaşırı olaraq təhsil yenilikləri, beynəlxalq və yerli tədbirlər, tələbələrlə bağlı maraqlı hadisələr, həmçinin, tələbələrin xaricdə təhsil ala bilməsi üçün proqramlar və təqaüd imkanları barədə məlumatlandırmaqdır. (auditoriya.wordpress.com)

Qeyd edək ki, bu qəzet vasitəsilə xarici universitetlərdəki təhsil yenilikləri, xaricdə təhsil alan tələbələrimizin fəaliyyəti ilə də tanış olmaq mümkün olacaq.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub