Arxiv
1 Sentyabr 2009, 16:16 |
Abşeronda torpaqlar kəndlılərin əlindən alınır

“Abşeron rayon İcra Hakimiyyəti ərazidə fəaliyyət göstərən bələdiyyələri idarə edir. Halbuki bələdiyyələr yerlərdə seçkili idarəetmə orqanlarıdır”. Bunları “Bakı Dirçəliş “ İctimai Birliyinin sədri Abbasağa Məmmədov bu gün keçirdiyi mətbuat konfransında deyib. O, bildirib ki, 1991-ci ildən yaranan fermer təsərrüfatlarını indi Abşeron rayon İcra başçısı dağıdır: “Yerli hakimiyyət orqanlarının birbaşa göstərişi ilə kənd və qəsəbə bələdiyyələri tərəfindən təsərrüfat üçün yararlı olan torpaq sahələri qeyri-qanuni yollarla fermerlərin əlindən alınaraq ayrı-ayrı şəxslərə, o cümlədən əcnəbilərə satılır. Bu təsərrüfatlar insanların zəhməti, maddi resursları hesabına yaradılıb. İndi isə rayon icra başçısı fermer təsərrüfatı üçün ayrılmış torpaqları, əsasən də dənizkənarı turizmə yararlı əraziləri satışa çıxarırlar. Həmişə Bakı ətrafı kəndlərin sakinləri əkdikləri kənd təsərrüfatı məhsullarını bazara çıxarırdılar. Ona görə də Bakıda kənd təsərrüfatı məhsulları həmişə ucuz olub. Artıq onların torpaqları satılıb. Baş verən qanunsuzluqlara qarşı lazımi ölçü götürmək üçün dəfələrlə aidiyyatı dövlət orqanlarına yazılı və şifahi formada müraciət etsələr də, hələ heç bir nəticə əldə olunmayıb. Bakı kəndlərindən olan fermerlər problemi ictimaiyyətləşdirməklə vəziyyətdən çıxış yolu tapmaq istəyirlər”.

 

Tədbirdə çıxış edən Fatmayi kənd sakini Əfrasiyab Quliyev dedi ki, 1990-cı ildə vərəsəlik hüququ qorunmaqla verilən aktı indi yenidən təsdiq etdirə bilmirlər: “Bələdiyyə deyir bu torpaqlar bizim, İcra hakimiyyəti isə deyir ki, bizim fondumuza aiddir. Heç kəs səsimizi eşitmir. Nə məhkəmə, nə də hansısa bir rəsmi dövlət orqanının qərarı olmadan İcra hakimiyyətinin nümayəndələri Bakı ətrafı kəndlərdə icazəsiz torpaqlarımızı əlimizdən alırlar”.

 

Sonda “Bakı Dirçəliş” İctimai Birliyinin sədri Abbasağa Məmmədov mövcud problemin ədalətli həlli üçün bundan sonra da hüquq müstəvisində ardıcıl mübarizə aparacaqlarını dedi.

Kəmalə Tofiqqızı

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Formula 1 Qran-Pri yarışları iyulun əvvəlində bərpa olunacaq 31 May 2020, 19:47 Dünyanın ən yaşlı kişi sakini Ruminyada - 111 yaşında 31 May 2020, 19:38 “Renault”un 8 minədək işçisi nümayiş keçirdi 31 May 2020, 19:28 Corc Floydun ölümünə görə Londonda etiraz aksiyası 31 May 2020, 19:25 Xəzərin bu hissəsində çimərliklər açılır 31 May 2020, 19:22 Britaniyada son sutkada koronavirusdan 113 nəfər öldü 31 May 2020, 19:15 Göyçayda 10-cu sinif şagirdi kanalda batdı 31 May 2020, 19:07 Ünvanlı sosial yardımın verilməsi 1 ilə endirilir 31 May 2020, 18:58 Bakıda ana və azyaşlı oğlunu maşın vurdu 31 May 2020, 18:51 Milli Məclisin sabahkı iclasının gündəliyi AÇIQLANDI 31 May 2020, 18:20 Bankların kredit qoyuluşları azalıb 31 May 2020, 18:04 Şamaxı Rayon Ağsaqqalları Prezidentə müraciət etdilər 31 May 2020, 17:58 Rusiyada koronavirusa yoluxanların sayı 400 mini keçdi 31 May 2020, 17:52 Fındıqda aflatoksin təhlükəsi   31 May 2020, 17:46 Nazirlik yoxlama apardı - 744 obyektdə nöqsan aşkarlandı: “OBA market, “Park restoran”, “Şeyx dönər”, “Qoç ət”… 31 May 2020, 17:40 Dolların yeni aya olan MƏZƏNNƏSİ 31 May 2020, 17:35 "Dərs vaxtı"nın iyunun 1-nə olan CƏDVƏLİ 31 May 2020, 17:29 İyun ayının hava PROQNOZU 31 May 2020, 17:24 Ünvanlı sosial yardımın artıq ödənişini könüllü qaytarmayanlar məhkəməyə veriləcək 31 May 2020, 17:18 Parlamentin yaz sessiyası başa çatdı 31 May 2020, 17:16 Milli Məclisdə 9 şöbə ləğv olunub - Spiker açıqladı 31 May 2020, 17:10 Estoniyada Assosiasiya prezidenti Azərbaycanın diaspora qayğısına qiymət verdi 31 May 2020, 17:06 Azərbaycanda daha 248 nəfər koronavirusa yoluxdu - 2 nəfər öldü 31 May 2020, 17:03 Bu ölkədə koronavirusa yoluxanların sayı 500 mini keçdi 31 May 2020, 17:00 Qüdrət Həsənquliyevdən deputatlara ETİRAZ: “İmkan verin işləyək” 31 May 2020, 16:57 Azərbaycanda hərbi xidmətə çağırış başa çatdı 31 May 2020, 16:52 Azərbaycan I divizionu bərpa olunmayacaq 31 May 2020, 16:41 Dünya kubokunun azərbaycanlı qalibi Ramil Səfərova şahmat əsəri YAZDI 31 May 2020, 16:40 ABŞ-ın 25 şəhərində komendant saatı elan olundu 31 May 2020, 16:38 “Türkiyədən Azərbaycana aviabiletlərin qiyməti çox yüksəkdir” - Deputat 31 May 2020, 16:32 Keçmiş prokurorun cinayət işi məhkəməyə göndərildi 31 May 2020, 16:26 Fənn olimpiadalarının final turunun keçirilmə tarixi dəyişdirildi 31 May 2020, 16:20 Sahibə Qafarova sərəncam verdi - Milli Məclis 2 gün iclas keçirəcək 31 May 2020, 16:15 “İmkanı yoxdur, 30 qəpik verib maska alsın, daha 50 manat cərimə olunmasın” 31 May 2020, 16:11 Milli Məclis maska taxmamağa görə cərimələri TƏSDİQ ETDİ 31 May 2020, 16:06