Modern.az

Azərbaycanda 6 azyaşlı hepatit viruslarına yoluxub - AÇIQLAMA

Azərbaycanda 6 azyaşlı hepatit viruslarına yoluxub - AÇIQLAMA

6 May 2015, 11:58

Hazırda Azərbaycanda 435 nəfər viruslu hepatitlərə yoluxan insan var. Bu barədə Modern.az saytının sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

“Bunlardan kəskin “A” hepatitinə yoluxanların sayı 125 nəfər, kəskin “B” hepatitinə yoluxanların sayı 180 nəfər, kəskin “C” hepatitinə yoluxanların sayı isə 130 nəfərdir”.

Komitədən verilən digər məlumata görə, virusa yoluxan kişilərin sayı 274 nəfərdir: “Bunlardan kəskin “A” hepatitinə yoluxanlar 77 nəfər, kəskin “B” hepapatitinə yoluxanlar 120 nəfər, kəskin C hepatitinə yoluxanlar 77 nəfədir”.

Virusa yoluxan qadınların ümumi sayına gəlincə, komitədən bildirilib ki, onlar 161 nəfərdir: “Kəkin “A” hepatitinə yoluxanlar  48 nəfər, kəskin “B” hepatitinə yoluxanlar  60 nəfər, kəskin “C” hepatitinə yoluxanlar isə 53 nəfərdir”.

Açıqlanan statistikada körpələr də var. Belə ki, 4 yaşına qədər uşaqlar arasında bu virusa yoluxanların sayı 6-dır. Onlardan 4 nəfəri kəskin “A” hepatitinə yoluxanlardır. Kəskin “B” və “C” hepatitinin hər birinə 1 azyaşlı yoluxub”.

Gülşən RAUFQIZI

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir