Modern.az

Taleh Şahsuvarlı istefa verdi

Taleh Şahsuvarlı istefa verdi

Media

6 Oktyabr 2010, 19:49

94 saylı Bərdə kənd seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınan jurnalist Taleh Şahsuvarlı rəhbərlik etdiyi Sosial İnformasiya Agentliyinin direktoru postundan istefa verib. Bu barədə Modern.az saytına açıqlama verən T.Şahsuvarlı bildirib ki, o, bu addımı Seçki Məcəlləsinin tələblərinə uyğun atıb. Deputatlığı qeydə alınmış namizəd diqqətini təbliğat-təşviqat işlərinə yönəldəcək. T.Şahsuvarlının əvəzinə Sosial İnformasiya Agentliyinə Dilqəm Əhməd rəhbərlik edəcək.

Taleh Şahsuvarlı 10 mart 1977-ci ildə -ci ildə anadan olub. Bakı Dövlət Universitetinin tarix fakültəsinin və Yasamal rayonundakı 20 saylı orta məktəbin nəzdində təşkil olunmuş Respublika Tarix Litseyini ekstern yolla bitirib. Bakı Dövlət Universitetinin sosial elmlər və psixologiya fakültəsində fəlsəfə ixtisası üzrə ali təhsil alıb. 1995-ci ildən jurnalistika sahəsində çalışır. Azərbaycanda müstəqil tələbə qəzetinin naşiri, mətbuat tarixində ən gənc qəzet baş redaktoru olub. "Seçki mübarizəsi" adlı elmi monoqrafiyanın müəllifidir. Azərbaycanın tanınmış siyasi analitiki və liberal düşüncənin əsas müdafiəçilərindən biridir. 2002-ci ildən "Pragma" Mərkəzinin, 2009-cu ildən Sosial İnformasiya Agentliyinin direktorudur. Müəllifi olduğu "Canlanma" əsəri Qafqazda ilk tarixi metaromandır.
Azərbaycan Yazıçılar Birliyinin üzvü, prezident təqaüdçüsüdür.

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?