Rayonda Novruz bayramı ərəfəsində görünməmiş bahalaşma
İlaxır çərşənbə ilə bağlı Lənkəranda balığın qiyməti görünməmiş dərəcədə artıb. Cənub rayonundan Modern.az-a verilən məlumata görə, Lənkəran bazarında balığın qiyməti bu gün 50-60 manat arası olub.
Bahalaşmanın səbəbi kimi balıqçı katerlərinin dənizə çıxmaqdan imtina etməsi olub. Balıqçıların sözlərinə görə, dənizə girmələrinə görə, onlara yüksək “haqq” qoyulub. Belə ki, şərtə görə, dənizə girən katerlərdən hər biri monoplistə 30 balıq verməlidir. Əks təqdirdə, bu balıqçılara dənizə çıxmağa imkan verilmir. Odur ki, 30-dan artıq balıq tutacağına əmin olmayan balıqçılar dənizə çıxmaqdan imtina edirlər.
Bu gün Lənkəran bazarında balığın ən ucuz qiyməti 30 manat olub. Bayramqabağı belə vəziyyət insanların narazılığına səbəb olub. Qeyd edək ki, Cənub zonasında ilaxır çərşənbə günü süfrəyə hökmən balıq verilməlidir. Bu ənənin qədim tarixi var. Modern.az