Modern.az

Sən köləsən! ...

Sən köləsən! ...

Ölkə

18 Mart 2011, 11:36

Ağdamda kiçikyaşlı Farizin erməni snayperi tərəfindən qətlə yetirilməsi Azərbaycan ictimaiyyətini ayağa qaldırdı. Bu isə istər - istəməz Qarabağ münaqişəsinin həlli ilə bağlı özlərini sorumlu hesab edən, daha dəqiq desək isə pulları  Qarabağ “düyünü”ndən çıxan ATƏT-in Minsk qrupu həmsədrlərini yenidən regiona gəlmək məcburiyyətində qoydu.

Həmsədrlər gəldilər və getdilər. Yenə də kar və kor kimi. Ona görə də heç nə dəyişmədi. Əslində nəyinsə dəyişəcəyi gözlənilən də deyildi. Çünki həmsədrlərin mənasız danışıqlarından artıq Azərbaycan xalqı da bezib. Ona görə də artıq vasitəçilərin hardan gəlib, hara getməsi də mənasızlaşır. Çünki nə vasitəçələr, nə də onların təmsil etdikləri ölkələr bu məsələdə Azərbaycanın  haqqını tanımaq istəmirlər. Tanıyası da deyillər. Çünki bu onların nə siyasi, nə dini, nə də mənəvi maraqlarına uygun gəlmir. Belə olan halda biz kimdən ədalət gözləyirik? Ümumiyyətlə, həmsədrlərin “missiyası” kimə və nəyə lazımdır?

Bütün dünya bilir ki, Qarabağda çox qanlar axıb. Bu müharibə bitməyincə də axacaq. Bu gün Azərbaycanda gözü yaşlı qadın təkcə  balaca Farizin anası deyil. Bu müharibə çox ürəkləri dağlayıb, çox anaları gözüyaşlı, ağlar qoyub. Nə qədər ki, erməni vəhşiliyi davam edir, bizim hər birimiz böyük də, uşaq da fərqi yoxdur, bu gülləyə tuş gələ bilərik. Çünki Azərbaycanliyıq. Ermənilərin öz övladlarının beyinlərinə yeritdikləri kimi – ermənilərin əbədi düşməni. Baxmayaraq ki, bizim xalqımız düşmənçilik etməyi bacarmır.

Bütün dünya bilir ki, bu vaxta qədər bizim əsgərlərimiz nəinki öz evinin içində hansısa erməni uşağını öldürüb, əksinə, əmindir ki, sabah əli Azərbaycan balalarının qanına batmış bir erməninin övladı cəbhə xəttini bu tərəfə keşsə belə, onu heç kim öldürməyəcək. Ona görə yox ki biz öldürməyi bacarmırıq. Sadəcə, insanlıq və içimizdəki  humanizm buna yol verməyəcək. Dünya isə sanki bütün bunları görmür və anlamır...

Necə anlasınlar ? Bu həmin Rusiyadır ki, 1990-cı ildə öz tanklarını Bakıya yeridib, dinc insanların üstünə sürdürmüşdü. Bu gün Şəhidlər Xiyabanında uyuyan məktəbli Larisa Məmmədovanı elə rus əsgərləri qətlə yetirmişdilər. Bu həmin Fransadır ki əsgərinin əli Əlcəzairdə bir milyon insan qanına batıb. Bu həmin Amerikadır ki, bu gün də Əfqanıstanda, İraqda əsgərləri hər gün müsəlmanları, müsəlman uşaqlarını öldürürlər. Bu dövlətlər Ermənistana uşaqların öldürülməsi ilə bağlı necə qəbahət tuta bilərlər ki? Təbii ki, tutmayacaqlar.

Ona görə də bu həmin həmsədr dövlətlərdi ki, ermənilərin ziyanına olacaq hər bir məsələdə hər zaman kar və kordurlar. Belə olmasaydı, erməniləşən vasitəçilər yenidən ikiüzlülüklərinə salaraq bu hadisədən sonra yenidən tərəfləri qarşılıqlı etimad yaratmağa çagırmazdılar.

Biz kiminlə hansı əsasda etimad yaratmalıyıq ki?     

Bu bir həqiqətdir ki, Azərbaycan xalqının bu məsələdə yeganə ümüdi özünə qalıb.   Biz zaman-zaman cənab Prezidentin Azərbaycan ordusunun qüdrətlənməsi üçün verdiyi qərarlardan və müharibənin mümkünlüyü barədə səsləndirdiyi kifayət qədər açıq və sərt bəyanatlardan sonra Ermənistan rəhbərliyinin al-ayağa düşərək tələm-tələsik öz ağalarının yanına qaçmasını çox görmüşük. Balaca Farizin ermeni snayperi tərəfindən öldürülməsi ilə bağlı vitse-spiker Bahar Muradovanın Ermənistan prezidentinə və onun həyat yoldaşına ünvanlanmış kifayət qədər əsaslandırılmış bəyanatına Ermənistan prezidenti tərəfindən dərhal cavab gəlməsi isə ermənilərin bu məsələdən çox narahat olduğunu bir daha qoydu.

Amma biz hələ də dözürük. Bu həyasızlıq və fitnəkarlığı nə qədər davam edəcək? Bilən yoxdur. Çünki erməni adlı toplum yer üzündə peyda olduğu gündən bu həyasızlıq və fitnəkarlıq da başlayıb. Tək biz deyil, çoxları zaman-zaman bu fitnəkarlığa tuş olaraq, ondan əziyyət çəkiblər. Bunu təkcə biz demirik. Bunu deyənlərdən biri elə bu gün erməniləri himayə edən Rusiyanın məşhur şairi Puşkin idi. Puşkinin erməni həyasızlığına verdiyi qiymətin üstündən uzun illər ötsə belə, onun fikirləri bu günkü reallıqlarla da uzlaşər. Odur ki, bu gün Serj Sarklisyanın balaca Farizin qətli ilə bağli özünü sığortalamaq istəyinin bir cavabı var:

Sən köləsən! Sən qorxaqsan! Sən ermənisən!!!...

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı