Bugünkü reallıqları nəzərə alsaq, var olan cəmiyyətimizdə millətçi əqidəyə sahib olaraq mücadilə yürütmək çox da asan bir şey deyil. Ən yaxşı halda sənə qarşı olan qəribə və boş baxışlarla üzləşirsən. Olunan təzyiqləri, əsassız tənqidləri, bəzənsə təhditləri görməməzlikdən, eşitməməzlikdən gəlsən də, çox təəssüf ki, bu fakt olaraq qalır.
İndi qeyd edəcəyim fakt bir zamanlar gender bərabərliyi uğrunda apardığım mücadilə tarixcəmdən irəli gəlmir, sadəcə reallığı əks etdirir. Belə ki, bugün millətçi bir xanım üçün Vətən və Millət xidməti eyni əqidə sahibi bəylərə nəzərən daha çətin və qəlizdir. Bunu kimlərsə təkzib etsə belə, əminəm ki,bu əqidə sahibi xanımlar mənimlə həmfikir olacaqlar.
Bəli, ilk suallardan biri...Sən xanımsan,Vətən hara, sən hara? O kişi işidir.
Bu sualla dəfələrlə qarşılaşmışam. Cavabı da yerindəcə verilib. Sadəcə bu düşüncə sahibi insanlar hansı səbəbdən düşünməkdən vazkeçiblər, bu hələ də mənə maraqlıdır. Bu gün hər bir Azərbaycan əsgərini dünyaya bir Azərbaycan qızı gətirir. Onu böyüdür, onun uğrunda canını qoyur. Və bir gün o oğulun bayrağa sarılmış tabutu gəlir. Bu zaman ana VƏTƏN SAĞ OLSUN! Deyir.
Bu zaman deyə bilərikmi, Vətən hara, o ana hara? Axı o da xanım idi.
Başqa bir sual... Millət uğrunda mücadiləni kişi aparar. Millətdən sənə nə?
Bu gün çayxanalarda oturub “panyatka” söhbətləri edən, ata puluynan “papanın gül balası” olan, paltar dəyişən kimi qolundakı xanımları dəyişən bəylər hansı xidmətlərinə görə bu Millətə aid olur, hələ də mənə aydın deyil. Əlavə olaraq bu da bəllidir ki, Millət deyilən qavramın tərifinə bugünə kimi heçkəs “Millət kişilərdən ibarətdir” deyə bir ifadə əlavə etməyib. Yoxsa bu ifadə yazılmayan “kişi söhbətləri” adlı “konstitutsiya”da öz əksini tapmaqdadır? Və bu da reallıqdır ki, bu düşüncə həm də xanımlar tərəfindən dəstəklənir.( Şəxsən mənə bu sualı xanımlar çox verib.) Baxın, elə bu səbəbdən mən gender bərabərliyi mücadiləmdən vazkeçdim. Çünki özünü millətdən saymayan, millət deyəndə gözünün önünə bir kişi topluluğu gətirən xanım üçün mənim ona deyəcəklərim sadəcə səs-küy hesab olunardı.
Çox təəssüf ki, buna bənzər suallar onlarladır. Və hər gün də qarşılaşırıq. İndi isə bütün millətçi xanımlar adından bizə ünvanlanan bu kimi sual sahiblərinədir sözüm:
Bəli, mən millətçiyəm.
Mən bugün Vətən və Milləti qəlbimin sahibindən daha çox sevirəm. Mənim üçün həyat almaz bir daş kimi parlaq olmaya bilir, ancaq bu məni əqidəmdən döndərmir.
Əzab da çəkirəm, iztirab da. Ancaq məni bu yormur. Əksinə bu əzablar məni gücləndirir.
Vətənə Millətə olan sevgim məni bütünləşdirir. Məni mənliyimi dərk edərək BİZ üçün mücadilə etməyə vadar edir, bu ölməz sevgim.
Məni susdurmaq istəyənlər də olur, əlimi-qolumu bağlamaq istəyənlər də. Amma mən vazkeçmirəm, ən kiçik fürsətdə BİZ üçün AZADLIQ deyib hayqırıram.
Mən sadəcə yaşadığım evdən ibarət deyiləm. Mən erməni dığalarının tapdağı altında qalmış Qarabağam, mən Arazın o tayında qanlı məftillərlə əli bağlanmış Təbrizəm, mən torpağına xaç basdırılmış İrəvanam, mən qala divarları dağıdılmış Dərbəndəm, mən məktəbləri əlindən almış Borçalıyam...mən BÜTÖV AZƏRBAYCANAM, mən BÖYÜK TURANAM!
İNDİ DEYƏ BİLƏRSƏNMİ MƏN BU MİLLƏTDƏN DEYİLƏMMİ??? Bu gerçəklikləri gözardı edərək sənin kimi necə rahat yaşayım ey “düşüncəli”insan???