ABŞ Prezidenti Donald Tramp ABŞ Kosmik Akademiyasının yaradılması haqqında fərman imzalayıb.
Modern.az xəbər verir ki, məlumatı TASS yayıb.
Tramp bu barədə Texas ştatının Hyuston şəhərində yerləşən Conson adına Kosmik Mərkəzdə amerikalı astronavtların mükafatlandırılması mərasimində çıxışı zamanı açıqlama verib.
ABŞ prezidentinin sözlərinə görə, ölkəyə kosmosun tədqiqi üçün ixtisaslı hərbçilər, mühəndislər, mülki operatorlar və digər mütəxəssislərdən ibarət bütöv bir nəsil yetişdirmək lazım olacaq.
Tramp bildirib ki, yeni milli akademiyanın yaradılması prosesinin başlanması ilə bağlı fərman imzalayacaq. Daha sonra o, müvafiq sənədi imzalayıb.
Yeni təhsil müəssisəsi ABŞ Kosmik Akademiyası adlandırılacaq.