Modern.az

Dilqəm Əsgərova qarşı cinayət işi açıldı

Dilqəm Əsgərova qarşı cinayət işi açıldı

Ölkə

29 Avqust 2026, 00:25

Vaxtilə Kəlbəcərdə erməni girovluğunda qalmış Dilqəm Əsgərova qarşı Şəmkir Rayon Məhkəməsində cinayət işi başlanıb.

Modern.az Teleqraf-a istinadən xəbər verir ki, hadisəyə səbəb ailə daxilində yaşanan insident olub. D.Əsgərovun oğlu Kürdoğlu Əsgərov hüquq-mühafizə orqanlarına müraciət edərək atasından şikayətçi olub. O, ifadəsində atasının Şəmkir rayonunun Çinarlı qəsəbəsində ona hücum çəkdiyini və dəmir parçası ilə xəsarət yetirdiyini iddia edib. Faktla bağlı başladılan cinayət işi çərçivəsində K.Əsgərov zərərçəkmiş şəxs qismində tanınaraq məhkəməyə çağırılıb.

 

İclas sentyabrın 2-nə təyin olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Moskva iflic oldu - Hava limanları fəaliyyətini dayandırdı