Modern.az

Bir ildə ölkədə 6205 yanğın hadisəsi baş verib

Bir ildə ölkədə 6205 yanğın hadisəsi baş verib

Ölkə

23 Yanvar 2010, 23:30

2009-cu ildə Fövqəladə Hallar Nazirliyinin (FHN) xilsediciləri respublika ərazisində baş vermiş 44 partlayış, 6205 yanğın hadisəsi yerinə çağırılıb, 373 qəza-xilasetmə əməliyyatlarında iştirak ediblər. Bu barədə Modern.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bu hadisələr zamanı 143 nəfər xəsarət alıb, 96 nəfər həlak olub, 441 nəfər xilas edilib. FHN-dən verilən məlumatına görə, partlayışlar əsasən fərdi evlərdə və çoxmənzilli yaşayış binalarında baş verib ki, onların səbəbi qaz sızmaları olub. Qəza-xilasetmə əməliyyatlarına gəldikdə isə onların 248-ı mənzillərdə bağlı qapı arxasında qalan kimsəsiz və köməksiz insanların qurtarılması, 5-i intihar hadisələrinin qarşısının alınması, 51-i liftdə qalanların xilas edilməsi, qalanı digər hadisələrlə bağlıdır. Nazirlikdən verilən məlumata görə, il ərzində ölkə ərazisində qeydə alınan 6205 yanğın hadisəsində 39 nəfər ölüb, 83 nəfər xəsarət alıb, 89 nəfər isə xilas edilib. Fövqəladə Hallar Nazirliyinin xilsediciləri 51 hadisədə liftdə qalan 94 nəfəri xilas ediblər. Adəm Qorxmaz

 

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?