Sakinlər “Ukrayna meydanı”nı bağlayacaqlarını bildirib
Xətai rayonu Əhmədli qəsəbəsinin Nəsrəddin Tusi küçəsində elektrik enerjisinin verilməsində problemlər yaranıb.
Bu barədə Modern.az-a məlumat verən küçə sakini Zakir Hüseynov bildirib ki, dünən axşam sakinlər Əhmədli kəndində yerləşən “Bakıelektrikşəbəkə”nin Xətai şöbəsinə müraciət ediblər: “Orda oturanlar caamatı adam yerinə qoymadılar. Dedilər, gedin, işıq yanacaq. Amma elektrik enerjisi verilmir. İki gündür qaz da yoxdur. Elektrik enerjisi olmayanda istilik sistemi də işləmir. Belə biabırçılıq olmaz. Evdə uşaqlar, qocalar var. Hamısı soyuqdan qırılırlar”.
Zakir Hüseynov sakinlərdən 100 nəfərin Xətai rayonu rəhbərlərindən Prezindet İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya şikayət etdiklərini bildirib. Bu gün sakinlər aksiya keçirməyi də planlayırlar: “Bu laqeydlik, məsuliyyətiszlik davam edərsə, sakinlər bu gün Ukrayna meydanına gedib bir neçə istiqamətdə yolu bağlayacaqlar”.
Modern.az