Bakı Nobel İrsi Fondunda millət vəkili Qənirə Paşayevanın «Nobel mükafatlı qadınlar» kitabının təqdimat mərasimi keçirilib. Modern.az xəbər verir ki, nəfis tərtibatla çap olunan kitabın məsləhətçisi Bakı Nobel İrsi Fondunun prezidenti Toğrul Bağırov, redaktorları Flora Xəlilzadə və Pərvanə Məmmədlidir. Bu nəşrdə 1903-2009-cu illər ərzində Nobel mükafatına layiq görülən 36 qadın laureatın ömür yolu, elmi fəaliyyəti və yaradıcılığından bəhs olunub.
Mərasimdə çıxış edən Bakı Nobel İrsi Fondunun sədri Toğrul Bağırov belə bir nəşrin işıq üzü görməsini yüksək qiymətləndirib. O, qeyd edib ki, Nobel Ailə Cəmiyyəti İdarə Heyətinin üzvü, Nobel Xeyriyyə Fondunun həmtəsisçisi Qustaf Nobel Q. Paşayevaya təbrik məktubu göndərib. Qustav Nobel həm də kitabın ön sözünün müəllifidir. Milli Məclisin vitse-spikeri Bahar Muradova, millət vəkili Səməd seyidov, Ombudsman Elmira Süleymanova bir sıra sahələrdə fəallığı ilə seçilən deputat Qənirə Paşayevanın bu əməyini yüksək qiymətləndirib və kitabın əhəmiyyətindən, oxucu üçün gərəkliyindən danışıblar. ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilge Cankorel isə Qənirə xanımın sülhpərvər fəaliyyətinə yüksək qiymət verib. Q.Paşayevanın özü isə kitab barədə bütün xoş sözlərə görə hamıya təşəkkür edib.
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|