Modern.az

Tələbə qəbulunun nəticələrinə dair zona müşavirələri keçiriləcək

Tələbə qəbulunun nəticələrinə dair zona müşavirələri keçiriləcək

Ölkə

25 Dekabr 2009, 14:37

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2010-cu ilin yanvar ayından başlayaraq 2009/2010-cu tədris ili üçün ali məktəblərə qəbul imtahanlarının elmi-statistik təhlilinə həsr olunmuş zona müşavirələri keçirməyi qərara alıb. Komissiyadan Modern.az-a bildirilib ki,  respublikanın müxtəlif bölgələrində keçiriləcək bu ənənəvi müşavirələrdə ayrı-ayrı şəhər və rayonlarının orta məktəb məzunlarının qəbul imtahanlarında göstərdikləri nəticələr geniş müzakirə olunacaq. TQDK tərəfindən müşavirə iştirakçılarına müvafiq rayonların orta məktəb məzunlarının qəbul imtahanlarında göstərdikləri nəticələrə dair statistik məlumat kitabçaları da təqdim olunacaq.

TQDK tərəfindən respublikanın bütün şəhər və rayonları üzrə 2009-cu il məzunlarının qəbul imtahanlarındakı nəticələrinə dair statistik məlumat kitabçaları hazırlanıb. Burada müvafiq bölgənin məzunlarının imtahan fənləri üzrə göstəriciləri, topladıqları haqqında məlumatlar, onlardan ayrı-ayrı təhsil ocaqlarına qəbul olanların sayı, bölgənin hər bir məktəbini təmsil edən ortastatistk abituriyentin nəticələri və qəbulolma göstəriciləri öz əksini tapıb. Bu kitabçalar ölkənin təhsil şöbələrinə və  orta məktəblərinə təmənnasız paylanacaq.

TQDK ali məktəblərə qəbul imtahanlarının nəticələrinin fənlər üzrə elmi-metodiki və statistik təhlilini də ayrıca kitabçalar şəklində dərc edib.

1992-2009-cu illərdə aparılan tələbə qəbulunun elmi-statistik təhlili əsasında hazırlanmış digər kitabça “Neft profilli ixtisaslar statistikada” adlanır. Bu materialda adı çəkilən sahə üzrə ixtisaslara qəbul planı və gənclərin ixtisas seçimində ifadə olunan istəklərinin dinamikası, həmçinin bu ixtisasları seçən abituriyentlərin imtahan göstəricilərinin təhlili işıqlandırılıb. TQDK qəbul imtahanlarının nəticələrinin gender aspektlərinə dair məlumatları  da ayrıca kitabça halında dərc edib. 2009-cu ildə oğlan və qız abituriyentlərin ixtisas seçimindəki ümumi və fərqli cəhətlər, onların topladıqları balların paylanma histoqramlarının müqayisəsi, həmçinin test tapşırıqlarına cavabları və ali məktəblərə qəbulolma göstəricilərinin müqayisəli təhlili əks olun

ub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?