Modern.az

Newsweek : “2010-cu ildə nələr olacaq?”

Newsweek : “2010-cu ildə nələr olacaq?”

Ölkə

26 Dekabr 2009, 15:30

Amerikanın nüfuzlu  Newsweek jurnalı 2010-cu ildə baş verəcək və ya baş verə biləcək önəmli hadisələrin siyahısını açıqlayıb.
Modern.az-ın məlumatına görə, jurnal Pakistanda və Venesuelada dövlət çevrilişlərini, Avropada və Çində böhranları proqnozlaşdırır.  Braziliya çiçəkələncək, Avropada funt sterlinq qiymətdən düşəcək. ABŞ-ın Əfqanıstanda hərbi kontingentini artırması müsbət nəticə verə bilər. İraqa əlavə qoşun yeridilməsinin uğurlü nəticə verməsi o qədər də inandırıcı deyil. Bununla belə, dinc əhali arasında qurbanlar və hücumların sayı azalacaq.

Newsweek iqtisadi planda Çinin dərin iqtisadi kollapsla üzləşəcəyini proqnozlaşdırır. Çinin bank və əmlak bazarını böhran gözləyir. Bunu hətta Çin rəsmiləri də təsdiq edir. Ölkədə bank krizisi qaçılmazdır, ticarət müharibəsi baş verəcək,  artım tepmi kəskin aşağı düşəcək.  Newsweek hesab edir ki, Çində baş verən böhran bütün dünyaya yayılacaq, bir sıra ölkələr deflyasiya dalğası  ilə üzləşəcək.

 

Siyasi planda Pakistanda bir daha hərbi çevriliş baş verəcək. Prezident Asif  Əli Zərdari əhali arasında populyar deyil,  onun reytinqi ordu və nazirlər arasında belə aşağıdır. Pakistan hərbçiləri  Vaşinqtonun siyasətinə az boyun əyməyə meyllidirlər. Bu də Əfqanıstandakı müharibədə ABŞ-ın Pakistana belə bağlamaq ümidlərini azaldacaq.

Venesuela prezidenti Uqo Çaves 2010-cu ildə qiyamçılar tərəfindən hakimiyyətdən devriləcək.  Venesuelanı hiperinflyasiya bürüyəcək, iqtisadi kollaps qaçılmazdır və cinayətkarlıq həddini aşacaq. Nəticədə əhali prezidenti dəstəkləməkdən imtina edəcək, hərbçilər isə hakimiyyəti ələ alacaq.

Avropada milli və dini azlıqlar dövlətlərin irqi –ayrı seçkilik siyasətinə etiraz edəcəklər. Xüsusən də İsveçrədə minarələrin tikintisinə qoyulmuş qadağalara etiraz dalğası yüksələcək.
Fransada müsəlmanların hakimiyyətə qarşı çıxması bir çox siyasətçilərin işinə yarayacaq.

Newsweek –in proqnozuna görə, İrana qarşı beynəlxalq sanksiyalar tətbiq olunacaq. Qeyd olunur ki, prezident Əhmədinejat danışıqlara və kompromisslərə meylli deyil. Əhali qara bazarda alış-verişə üstünlük verəcək, bu isə qaçaqmalçılığa nəzarət edən İslam İnqilabı Keşikçilər Korpusunun mövqeyini gücləndirəcək.

2010-cu ildə “Yeni Çin”  Braziliya olacaq. Gələn ildə Latın Amerikası ölkələri inkişaf tempinə görə Braziliyadan xeyli geridə qalacaqlar.

Putinin avtoritar siyasəti bu ölkəyə xarici sərmayələrin axınını azaldacaq. Qərb investorları Rusiya iqtisadiyyatına sərmayə qoymaqdan çəkinəcəklər.

Böyük Britaniyada Mühafizakər Partiyası parlament seçkilərində qalib gələcək. Newsweek-ə görə, mühafizəkarlar parlamentdə çoxluğu qazana bilməyəcək, istər-istəməz liberal-demokratlarla koalisiya qurmalı olacaqlar. Bu isə ölkənin xarici borclarını silməyə imkan verməyəcək. Funt sterlinq dəyərini itirəcək. Ölkədə ciddi resessiya baş qaldıracaq.  Maliyyə böhranı bütün Avropada baş verəcək.. Bu dəfə böhran dövlətlərin borcları ilə əlaqədar olacaq.

Fidel Kastro öləcək və ABŞ – Kuba münasibətləri yaxşılaşacaq. Hakimiyyətdə olan Fidelin qardaşı Raul Kastro Amerika ilə əlaqələrdən mümkün qədər mənfət əldə etmək  xatirinə, Amerika əleyhinə ritorikanı yumşaldacaq. Barak Obama administrasiyası  həvəslə Kuba ilə yaxınlaşmaya gedəcək. İlin sonuna kimi dövlət katibi Klinton 2013-c ilə qədər Kuba ilə münasibətlərin normallaşması  proqramını  elan edəcək.

 

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?