Modern.az

Satışdakı yolka ağacları sağlamlığa təhlükəlidir

Satışdakı yolka ağacları sağlamlığa təhlükəlidir

Ölkə

28 Dekabr 2009, 14:34

Yeni il bayramı ərəfəsində Bakının ticarət şəbəkəsində süni yolka ağaclarının kütləvi satışı həyata keçirilməkdədər. Müxtəlif ölçülü və quruluşlu süni yolkaların fərqli də qiymətləri var: 5 manatdan 500 manatadək... Lakin Yeni il bayramında evlərində mütləq yolka ağacı bəzəməyə çalışan əhalinin bəlkə də 90 faizi bilmir ki, satışda olan süni yolkaların elə 90 fazi gigiyenik sənədlərə malik deyil. Modern.az xəbər verir ki, Respublika Sanitariya-Karantin Müfəttişliyinin məlumatına görə, ticarət şəbəkəsində yeni il şənlikləri üçün nəzərdə tutulmuş süni plastik yolkalar və onların bəzədilməsində istifadə edilən oyuncaqlar gigiyenk sertifikata malik deyil. Qurumdan bildirlib ki, süni yolkalar və oyuncaqların respublikaya kimlər tərəfindən gətirilməsi Sanitariya-Karantin Müfəttişliyinə dəqiq bəlli deyil. Çünki onların satışını təşkil edənlər bu malları gigiyena qeydiyyatına aldırmaqdan yayınırlar. Buna görə də süni yolkalar və onların oyuncaqları laborator

müayinələrə cəlb edilməyib, onların sanitariya norma və qaydalarının tələblərinə cavab verib-verməməsi də təyin

olunmayıb.

Maraqlıdır, onda müfəttişlik bu cür malları bazardan niyə çıxarmır? Müfəttişlikdən bildirilib ki, qurumun belə bir səlahiyyəti yoxdur. Sadəcə, bununla bağlı Səhiyyə Nazirliyinə, Dövlət Gömrük Komitəsinə, Respublika Gigiyena və Eidemiologiya Mərkəzinə məlumat verilib.

Qnunla həmin məhsullar laboratoriyada yoxlanmalı, laborator müayinələrin nəticələri sanitariya norma və qaydalarının tələblərinə cavab verərsə, toksikoloji rəy verilməli, yəni Dövlət gigiyena qeydiyyatına götürülməlidir. Bundan sonra həmin

məhsullar əhaliyə satıla bilər.

Respublika Sanitariya-Karantin Müfəttişliyi qanunsuz yollarla, qaçaqmalçılıqla ölkəyə gətirilən, keyfiyyət sertifikatı olmadan

satışa çıxarılan yolka ağaclarının, onların materialının sağlamlıq üçün təhlükəli ola biləcəyini istisna etmir. Yəni həmin məhsulların tərkibində bəzi toksiki-uçucu kimyəvi maddələr normadan artıq olarsa, bu, zəhərlənmə hallarının baş verməsinə, uzun müddət təmasda olduqda isə gələcəkdə orqanizmdə müəyyən

kəskin patoloji halların yaranmasına səbəb ola bilər.

Ona görə də qarşınıza çıxan hər satış nöqtəsindən yolka almağa tələsmək olmaz. Təhlükəli malların əsasən Çindən gətirildiyi bildirilir.

 

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?