Modern.az

Bu Milli Qəhrəmanı tanıyırsanmı?

Bu Milli Qəhrəmanı tanıyırsanmı?

Ölkə

29 Dekabr 2009, 11:12

Modern.az “Bu milli qəhrəmanı tanıyırsanmı?” adlı təbliğatı çərçivəsində oxucularımıza Azərbaycanın bütün Milli Qəhrəmanlarını tanıtmağa çalışır. Düşünürük ki, buna böyük ehtiyac var, həm də çox... Xatırladaq ki, Azərbaycanın 210 Milli Qəhrəmanı var, onlardan 19 nəfəri sağdır. Beləliklə, bu Milli Qəhrəmanı tanıyırsanmı?

Rövşən Əbdülhüseyn oğlu Abdullayev 1969-cu il yanvarın 16-da Lerik rayonunda doğulub. Məktəbi burada başa vurduqdan sonra ailəsi ilə birlikdə Lənkərana köçüb. Rövşən 1987-ci ildə Sankt-Peterburq Ali Hərbi-Siyasi məktəbinə daxil olub. O, Azərbaycana qayıdan kimi DİN-in əməkdaşı olaraq Daxili Qoşunların tərkibində xidmətə başlayıb. Gənc zabit torpaqlarımıza erməni təcavüzü başlayanda cəbhənin Zəngilan istiqamətinə göndərilib. Rövşən 70 nəfərdən ibarət taqımın komandiri təyin edilib. Onun başçılıq etdiyi taqım göstərdiyi şücaətə görə cəbhədə ad-san qazanıb.  Rövşənin şücaəti sayəsində bir neçə dəfə düşmənin Qafan rayonunda yerləşən obyektləri məhv edilib. 13 sentyabr 1993-cü il tarixində Rövşən Abdullayevin son döyüşü olub. Həmin gün ermənilər Zəngilan rayonunun Qazançı kəndinə hücum etmişdilər. O, döyüş yoldaşları ilə “Qaz 66” markalı avtomobilə əyləşib Qazançıya yollanır, onlar kəndin yaxınlığında düşmənin PDM-i və piyadaları ilə üzbəüz gəlirlər. Burada ölüm-dirim döyüşü olur. Həmin döyüşdə Rövşən Abdullayev son nəfəsinədək döyüşür, yoldaşlarına meşəyə çəkilməyə əmr edir, özü isə ağır yaralansa da silahı yerə qoymur. Nəticədə igid komandir döyüş yoldaşlarınə xilas edə bilir. Subay idi. Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 saylı fərmanı ilə Rövşən Əbdülhüseyn oğlu Abdullayevə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. Qəhrəman Lənkəran şəhər qəbristanlığında dəfn edilib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı