Modern.az

TQDK yanvarın 6-dan zona müşavirələrinə başlayacaq

TQDK yanvarın 6-dan zona müşavirələrinə başlayacaq

Ölkə

29 Dekabr 2009, 13:29

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2009-2010-cu tədris ili üçün ali məktəblərə qəbul imtahanlarının elmi-statistik təhlilinə həsr olunmuş ənənəvi zona müşavirələri keçirəcək.

Komisiyanın mətbuat xodmətindən Modern.az-a bildirilib ki, Respublikanın müxtəlif bölgə mərkəzələrində keçiriləcək bu müşavirələrdə TQDK-nın, Təhsil Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının, müxtəlif ali, orta ixtisas və orta təhsil müəssisələrinin rəhbərləri, nümayəndələri iştirak edəcəklər.

Zona müşavirələri 2010-cu il yanvarın 6-da başlayacaq və fevralın 3-də yekunlaşacaq. Müşavirələrdə müvafiq bölgə üzrə ayrı-ayrı şəhər və rayonların orta məktəb məzunlarının qəbul imtahanlarında göstərdikləri nəticələr geniş müzakirə olunacaq.

Xatırladaq ki, 2009-2010-cu tədris ili üçün tələbə qəbulunun nəticələrinin elmi-statistik təhlili nəticəsində əldə olunmuş zəngin elmi materiallar ”Abituriyent” jurnalının 12-ci sayında dərc edilmiş və həmin nəşrin elektron variantı //www.abıturient.az internet səhifəsində yerləşdirilib.  

Bununla yanaşı, respublikanın bütün şəhər və rayonları üzrə 2009-cu il məzunlarının qəbul imtahanlarındakı nəticələrinə dair xüsusi statistik məlumat kitabçaları hazırlanıb. Burada müvafiq bölgənin məzunlarının imtahan fənləri üzrə göstəriciləri, topladıqları ballar haqqında məlumatlar, onlardan ayrı-ayrı təhsil ocaqlarına qəbul olanların sayı, bölgənin hər bir məktəbini təmsil edən ortastatistk abituriyentin nəticələri və qəbulolma göstəriciləri öz əksini tapıb. Bu kitabçalar ölkənin təhsil şöbələrinə və  orta məktəblərinə təmənnasız paylanacaq.

Qeyd olunan materialların pedaqoji ictimaiyyət tərəfindən hərtərəfli təhlili təhsil problemləri ilə məşğul olan elm ocaqlarına, müxtəlif pillədən olan təhsil müəssisələrinə, elmi-metodik mərkəzlərə, dövlət qurumları və ictimai təşkilatlara mövcud çatışmazlıqları aradan qaldırmaq,  fəaliyyətlərini daha da təkmilləşdirmək istiqamətində zəngin məlumatlar verə bilər. Bu materiallardan metodiki cəhətdən düzgün istifadə olunması tədris prosesinin səviyyəsinin yüksəlməsində də əhəmiyyətli rol oynaya bilər.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?