Modern.az

Yeni il gecəsi Bakıda hava necə olacaq?

Yeni il gecəsi Bakıda hava necə olacaq?

Ölkə

29 Dekabr 2009, 13:55

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti yaxın 3 gün üçün hava proqnozu verib. Modern.az xəbər verir ki, Departamentin məlumatına görə, dekabrın 30-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacağı ehtimal olunur. Şimal-qərb küləyinin sürəti 10-15 m/s olacaq, gündüz arabir 18-23 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 5-7, gündüz 9-11 dərəcə isti təşkil edəcək.
Dekabrın 31-də buludlu hava şəraiti üstünlük təşkil edəcək, dekabrın 30-dan 31-nə keçən gecə və səhər bəzi yerlərdə yağış yağacağı, günün ikinci yarısında əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyinin sürəti 9-14 m/s, günün ikinci yarısında cənub-qərb küləyinin sürəti 8-13 m/s-dək olacaq, arabir 15 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 4-6, gündüz 8-10 dərəcə isti olacaq.
Yanvarın 1-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyinin sürəti 9-14 m/s təşkil edəcək. Havanın temperaturu gecə 4-6, gündüz 10-12 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında dekabrın 30-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı, lakin bəzi şimal rayonlarında axşam yağış yağacağı gözlənilir. Dekabrın 30-dan 31-nə keçən gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı, dağlıq və bəzi dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Qərb küləyinin sürəti 5-10 m/s olacaq, arabir 15-20 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 3-7 isti, gündüz 9-12 dərəcə isti, dağlarda gecə 1 dərəcə şaxtadan - 4 dərəcəyədək isti, gündüz 5- 9 dərəcə isti təşkil edəcək.
Dekabrın 31-də və yanvarın 1-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Qərb küləyinin sürəti 5-10 m/s olacaq, arabir güclənəcək. Havanın temperaturu gecə 36 dərəcə isti, gündüz 8-11 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti təşkil edəcək.
 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?