Modern.az

"Şahdağ" bayram günlərində 17 min turist qəbul edib

Ölkə

4 Yanvar 2020, 11:50

Bayram günlərində  “Şahdağ” Turizm Mərkəzi 17 min turist qəbul edib.

 

Dövlət Turizm Agentliyindən Modern.az-a bildirilib ki, mərkəzin xidmətlərindən gün ərzində orta hesabla 4 mindən çox turist faydalanır:

 

"Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə elan olunan qeyri-iş günlərində “Şahdağ” Turizm Mərkəzinə həm yerli, həm də əcnəbi turistlər dincəlmək üçün müraciət ediblər. Qonaqların əksəriyyətini isə yerli turistlər təşkil edib. Son dörd gündə - dekabrın 31-dən yanvarın 3-dək turizm mərkəzi 17 mindən çox qonaq qarşılayıb".

 

Qeyd edək ki, Şahdağ Turizm Kompleksi Qusar şəhərindən 30 kilometr şimalda, rayonun dağlıq Ağlayan kəndi ərazisində yerləşir.

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!