Modern.az

2009-cu ildə Azərbaycana 1 milyon 300 min turist gəlib

2009-cu ildə Azərbaycana 1 milyon 300 min turist gəlib

Ölkə

30 Dekabr 2009, 20:41

Cari ilin əvvəlindən bəri Azərbaycana 1 milyon 300 min nəfərdən çox turist gəlib.
Bunu jurnalistlərə açıqlamasında Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.
Nazir bildirib ki, keçən illə müqayisədə bu il turistlərin sayında azalma yoxdur. "Biz hələlik turistlərin sayında heç nə itirməmişik, lakin böyük artım da qeydə alınmayıb. Bu təbiidir, dünya turizm sənayesi böyük böhran içindədir və yalnız indi yavaş-yavaş vəziyyətdən çıxır".
Ə.Qarayev vurğulayıb ki, növbəti illərdə ölkəmizə gələn turistlərin sayında artımın olacağı gözlənilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?