“Əmək pensiyaları haqqında” Qanuna edilmiş əlavə və dəyişikliklər yanvarın 1-dən qüvvəyə minib.
Modern.az Dövlət Sosial Müdafiə Fonduna istinadən xəbər verir ki, yanvarın 1-dən qadınların pensiyaya çıxma yaşı 57-dən 60-a, kişilərin isə 62-dən 63-ə qaldırılıb. Belə ki, 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) onlara yaşa görə əmək pensiyası hüququ verilir. Kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1-dək, qadınların yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1-dək hər il 6 ay artırılaraq müvafiq olaraq 63 və 60 yaş müəyyən edilir.