Modern.az

Əhali sığorta-pensiya islahatları barədə məlumatlıdırmı?

Əhali sığorta-pensiya islahatları barədə məlumatlıdırmı?

Ölkə

6 Yanvar 2010, 11:25

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) internet saytında (www.sspf.gov.az) ictimaiyyətlə əlaqələri daha da inkişaf etdirmək, əhalinin sığorta-pensiya islahatları barədə nə dərəcədə məlumatlı olmasını öyrənmək və vətəndaşların daha az informasiyaya malik olduğu sahələr istiqamətində təbliğat işlərini gücləndirmək məqsədi ilə keçirilən növbəti interaktiv sorğu yekunlaşıb.  Bu barədə Modern.az-a Dövlət Sosial Müdafiə Fondu İctimaiyyətlə əlaqələr sektorundan məlumat verilib. Fonddan bildirilib ki, bu dəfəki sorğu zamanı respondentlərə “Fərdi uçot sisteminin tətbiqindən sonra pensiyanızın miqdarının ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının miqdarından asılı olduğunu bilirsinizmi” sualı ünvanlanıb. Sorğunun yekun nətıcələrinə əsasən, rerspondentlərin 33,6 faizi “Fərdi uçot sisteminin tətbiqindən sonra pensiyanızın miqdarının ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının miqdarından asılı olduğunu bilirsinizmi” sualına “xeyr”, 31,5 faizi isə “bu haqda məlumatım yoxdur” cavabını verib. Sorğuya qatılanların 34,9 faizi isə fərdi uçot sisteminin tətbiqindən sonra pensiyanın miqdarının ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının miqdarından asılı olduğunu bildiyini vurğulayıb.

 Sorğunun nəticələri göstərir ki, respondentlərin ümumilikdə 65,1 faizi pensiyanın miqdarının ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının miqdarından asılı olmasından məlumatsızdır. “Nəzərə catdıraq ki, 2006-cı il 1 yanvar tarixindən qüvvəyə minən "Əmək pensiyaları haqqında" Qanununa əsasən pensiyalar fərdi uçot sisteminin məlumatları əsasında təyin olunur. Fərdi uçot sistemi tətbiq edildikdən sonra təyin olunan pensiyanın miqdarı sığorta stajından və ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının miqdarından asılıdır. Ona görə də hər bir vətəndaş yaşlı dövrünün maddi təminatının məsuliyyətini əmək fəaliyyəti göstərdiyi vaxtdan düşünməli, harada çalışmasıнdan asılı olmayaraq işləməyə başlayarkən ilk növbədə əmək müqaviləsini imzalamalı, aldığı əmək haqqının tam məbləğdə əmək haqqı cədvəlində göstərilməsinə çalışmalı, işlədiyi dövrlər üçün işəgötürən tərəfindən məcburi dövlət sosial sığorta haqlarının tam miqdarda ödənilməsinə şəxsən maraqlı olmalıdır.  Yeni sığorta - pensiya sistemində hər bir şəxs hələ əmək fəaliyyəti dövründə özünün gələcək pensiya məbləğinə təsir edə bilər. Sığorta - pensiya sistemində davam etdirilən islahatların mühüm həlqəsi kimi yaxın gələcəkdə hər bir vətəndaşın fərdi hesabı ilə bağlı məlumatlandırılması da nəzərdə tutulur. Belə ki, hazırda Dövlət Sosial Müdafiə Fondunda qeydiyyatda olan bütün sığortaolunanların özlərinə aid istənilən məlumatı internet sistemi vasitəsilə əldə edə bilməsı üçün ümumi məlumat bazasının yaradılması istiqamətində iş aparılır”-deyə fonddan bildirilib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?