Modern.az

"Eurovision-2010”-dakı təmsilçimiz 6 yarımfinalçıdan biri olacaq (siyahı)

"Eurovision-2010”-dakı təmsilçimiz 6 yarımfinalçıdan biri olacaq  (siyahı)

Ölkə

6 Yanvar 2010, 14:10

2008-ci ildən başlayaraq Azərbaycan da “Eurovision” beynəlxalq mahnı müsabiqəsində iştirak edir. Təmsilçilərimiz 2008-ci ildə müsabiqədə 8-ci, 2009-cu ildə isə 3-cü yerə layiq görülüblər.

Modern.az xəbər verir ki, Heydər Əliyev Fondu və Gənclər və İdman Nazirliyinin dəstəyilə Azərbaycanın İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən həyata keçirilən bu layihə geddikcə ölkəmizdə böyük marağa səbəb olur, eyni zamanda milli musiqimizi və bütövlükdə mədəniyyətimizi dünyaya çatdirmaqda mühüm rol oynayır. 

“Eurovision-2010” beynəlxalq müsabiqəsində iştirak üçün İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən ciddi hazırlıq görülür, ölkəmizi layiqincə təmsil etmək üçün bir sıra addımlar atılıb.

Televiziyanın nümayəndəsi Adil Kərimli: “İctimai Televiziya tərəfindən bir neçə seçim turları keçirilib, seçim turlarında iştirak edən 30-dan artıq gənc ifaçının video yazıları yerli və xarici mütəxəssislər tərəfindən qiymətləndirilib. Belə bir nəticəyə gəldik ki, yarımfinal mərhələsində final üçün iştirakçılar seçilsin”. Beləliklə, yarımfinal mərhələsində aşağıdakı sənətçilər iştirak edəcəklər:

Azad Şabanov

“Milk & Kisses” qrupu

Məryam Şabanova

Safura Əlizadə

Elli

Ülviyyə Rəhimova

 

Qeyd edək ki, bu mərhələ televiziya və internet vasitəsilə yayımlanacaq.

Yarımfinal mərhələ fevralın 2-də Bakıdakı “Buta Palas” sarayında keçiriləcək.

Seçim tam olaraq “Eurovision” formatı ilə keçiriləcək. Belə ki, iştirakçılara mahnını ifa etmək üçün cəmi 3 dəqiqə vaxt veriləcək və səhnədə maksimum altı nəfərin olması mümkün olacaq. 

ctimai televiziyanın “Eurovision” sevənlərə bir sürprizi də var. Belə ki, bu dəfə yarımfinal mərhələdə gənclərimizə dəstək olmaq üçün  “Eurovision-2004”-ün qalibi Ruslana, “Eurovision-2009”-un qalibi Aleksandr Rıbak  və Azərbaycanın “Eurovision-2009”-dakı təmsilçisi Aysel Teymurzadə də iştirak edəcək.

 

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?