Modern.az

Bölgələrdə məktəbyaşlı uşaqlar gənclərdən çox bilirlər

Bölgələrdə məktəbyaşlı uşaqlar gənclərdən çox bilirlər

Ölkə

7 Yanvar 2010, 11:23

Gənclər Təşkilatları Milli Şurası (GTMŞ) 2009-cu ildən start verdiyi “Gənclərdən xəbər” rəy sorğusunu bu ilin fevralında yekunlaşdıracaq. Bu barədə Modern.az saytına qurumun regional məsələlər üzrə departament katibi Ziya Ağayev bildirib.
Onun sözlərinə görə, sorğuda 18 bölgənin gəncləri iştirak edib: “Təxminən sorğuya 3 minə yaxın gənc cəlb olunub və onların hər birinə 58 sual ünvanlanıb. Artıq sorğu 13 bölgədə tam olaraq yekunlaşıb. Fərqli fikirlər çoxdur. Ümumi vəziyyətlə bağlı yalnız onu deyə bilərəm ki, bəzi bölgələrdə məktəbyaşlı uşaqlar 27-28 yaşlı gənclərdən daha çox informasiyalıdırlar.
İndi layihə Bakıda davam etdirilir. Hesab edirəm ki, sorğunun nəticələri cəmiyyət üçün çox maraqlı olacaq”.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?