Modern.az

147 saylı marşrutda işləyən bir qrup sürücü işdən qovulub

147 saylı marşrutda işləyən bir qrup sürücü işdən qovulub

Ölkə

7 Yanvar 2010, 12:35

Xətai-Əhmədli istiqamətində hərəkət edən 147 saylı avtobus marşrutu bir neçə gün işləməyib. Modern.az-a daxil olan məlumata görə, 147 və 2 saylı marşrutların sürücüləri arasında dava-dalaş baş verib, döyülənlərin olduğu bildirilir. Mübahisə eyni yolda daha çox sərnişin götürmək üstündə baş verib.
Nəqliyyat Nazirliyi “Bakı Sərnişin Nəqliyyat” MMC-nin mətbuat katibi Samir Həsənov saytımıza bildirib ki, hazırda 147 saylı marşrutun fəaliyyəti bərpa olunub. S.Həsənov bir neçə avtobusun həmin mrşrutdan kənarlaşdırıldığını deyib: “Bəzi sürücülər qaydaları pozaraq, müəyyən problemlər yaratdıqlarına gprə maşrutdan kənarlaşdırılıb. Ancaq hazırda həmin istiqamətdə 10-dan yuxarı avtobus işləyir”.

S.Həsənov onu da deyib ki, Bakıya iritutumlu avtobusların gətirilməsi bu il də davam etdiriləcək. O, qeyd edib ki, ilin sonunadək kiçik və ortatutumlu avtobuslar xətdən kənarlaşdırılacaq: “2010-cu ildə ortatutumlu avtobuslar tədricən xətdən kənarlaşdırılacaq”.
Mətbuat katibi iritutumlu avtobusların yollarda tıxac yaratmadığını deyərək bu barədə söylənilən fikirlərlə razılaşmayıb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...